Özəl fondların yaradılması ilə pensiyalar artacaq

Redaktor

26.03.2026 14:40
83

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

Özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər davam etdirilir. Nazirliyin açıqladığı məlumatlara əsasən, artıq 20-yə yaxın qanunverici akta dəyişikliklərin edilməsi və qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi reallaşa bilər".

Valyuta.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, uyğun qanunverici aktlar Milli Məclisə təqdim edildikdən sonra bu istiqamətdə müzakirələrə başlanılacaq:

"Dünya praktikasında özəl pensiya fondları paralel yığım imkanları deməkdir. Vətəndaş özəl pensiya fonduna vəsait yönəltməklə həmin pensiya fondunda müəyyən kapitala malik olur. Bu, vətəndaşın pensiya yaşında iki mənbədən pensiya almasına gətirib çıxarır. Həm Dövlət Sosial Müdafiə Fondundan, həm də özəl pensiya fondundan pensiya alınması anlamına gəlir. Həmçinin, vətəndaşın pensiya yaşında pensiya məbləğinin artması deməkdir.

Dünya praktikasında özəl pensiya fondunda yığılan kapitalın daha tez istifadə imkanları var. Özəl pensiya fondu ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən, kapitalın bir hissəsinin birdəfəlik götürülməsi mümkün olur. Güman edirik ki, oxşar praktika Azərbaycanda tətbiq olunacaq. Yığılan kapitalın bir hissəsinin vətəndaş tərəfindən daha tez, pensiya yaşı tamam olmadan istifadə olunması həm də özəl pensiya fondlarına marağın artmasına və bu yığımların səmərəliliyinin yüksəlməsinə gətirib çıxaracaq".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

26.03.2026

Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

26.03.2026

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

26.03.2026
“TikTak”a yeni CEO təyin edildi

“TikTak”a yeni CEO təyin edildi

26.03.2026

Zəngilan üçün 1 milyonluq tender elan edildi

26.03.2026

"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı

26.03.2026

Necə varlanmaq olar? - İqtisadçı açıqladı

26.03.2026
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

26.03.2026

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

26.03.2026

Azərbaycan nefti ucuzlaşdı

26.03.2026

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

26.03.2026

Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU

26.03.2026

Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

25.03.2026

"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir

25.03.2026

"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək

25.03.2026

Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb

25.03.2026

"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub

25.03.2026

Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?

25.03.2026

"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu

25.03.2026

Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO

25.03.2026

Məzənnə

Yüklənir...