Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb

Redaktor

25.03.2026 21:24
116

Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb

2026-cı ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesinin ümumi həcmi 5 milyard 207,0 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bunun 4 milyard 536,4 milyon manatı xam neft və təbii qaz hasilatının payına düşüb.

Ötən ilin eyni dövründə mədənçıxarma sənayesinin ümumi həcmi 6 milyard 512,6 milyon manat olub. Bunun 6 milyard 31,1 milyon manatı isə xam neft və təbii qaz hasilatına aid olub.

Beləliklə, mədənçıxarma sənayesində 1 milyard 305,6 milyon manat və ya 20,05% azalma, xam neft və təbii qaz hasilatında isə 1 milyard 494,7 milyon manat və ya 24,79% azalma qeydə alınıb.

Sərvanə Rəmixnova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...