"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu

Redaktor

25.03.2026 19:48
82

"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu

Süni intellekt və deepfake texnologiyalarının inkişafı kiber dələduzluq fəaliyyətlərini yeni mərhələyə çıxarıb. Qısa səs və görüntü yazılarından istifadə etməklə yaradılan saxta kimliklər, eləcə də manipulyasiya olunmuş fotoşəkillər əsasında qurulan şantaj sxemləri rəqəmsal təhlükəsizlik risklərini artırır.

Valyuta.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, “Fraud-as-a-service” (xidmət kimi dələduzluq) modelinin yayılması texniki biliyi olmayan şəxslərin belə inkişaf etmiş süni intellekt alətlərinə çıxışını asanlaşdırır. “Interpol”un hesabatlarına görə, investisiya fırıldaqları, şantaj halları və fişinq hücumları artıq süni intellekt vasitəsilə avtomatlaşdırılır.

Sosial şəbəkələrdə paylaşılan məlumatların kopyalanması ilə ailə üzvlərinin səsinin təqlid edilməsi və ya saxta təcili vəziyyət ssenarilərinin yaradılması ən aktual hücum üsulları sırasındadır.

“Laykon Bilişim” şirkətinin əməliyyat direktoru Alev Akkoyunlu qeyd edir ki, bu cür hücumlar daha çox texniki sistemlərdən deyil, insanların psixologiyasından və panik anlarından istifadə edir. Onun sözlərinə görə, internetdə paylaşılan qısa səs və ya video belə saxta məzmun yaratmaq üçün kifayət edir. Bu səbəbdən rəqəmsal izlərin məhdudlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Kiber dələduzluqdan qorunmaq üçün 5 addım

1. Təcilə pul tələblərinə şübhə ilə yanaşın

Yaxınlarınızdan gəlsə belə, panik yaradan və dərhal pul köçürməsini tələb edən mesajlara ehtiyatla yanaşın.

2. Məlumatı alternativ kanalla yoxlayın

Gözlənilməz xəbər aldıqda, həmin şəxslə öz kontakt siyahınızdakı nömrə vasitəsilə əlaqə saxlayaraq məlumatı təsdiqləyin.

3. Rəqəmsal izinizi idarə edin

Sosial şəbəkə hesablarınızın məxfilik ayarlarını yoxlayın və səs və görüntü klonlama üçün istifadə oluna biləcək paylaşımları məhdudlaşdırın.

4. Şantaj hallarında soyuqqanlı olun

Süni intellekt vasitəsilə saxta görüntülər hazırlana bildiyini nəzərə alın və belə hallarda pul ödəmək əvəzinə hüquq-mühafizə orqanlarına müraciət edin.

5. Təhlükəsizlik alətlərindən istifadə edin

Şübhəli mesaj və zəngləri yoxlamaq üçün “Bitdefender Scamio” kimi xidmətlərdən yararlanın və cihazlarınızı “Bitdefender Total Security” kimi proqramlarla qoruyun.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...