7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində

Redaktor

25.03.2026 15:09
31

7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində

2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

Valyuta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub. 

Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.

Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.

Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.

Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21 000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropada ən populyar avtomobillər açıqlandı

25.03.2026

7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində

25.03.2026

Şəkər ixracı ölkəyə 13 milyon dollardan çox qazandırıb

25.03.2026

Bir elektromobilin orta qiyməti nə qədərdir?

25.03.2026

Sabah hava necə olacaq?

25.03.2026

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

25.03.2026

Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi

25.03.2026

Azərbaycana düyü idxalı azalıb

25.03.2026

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

25.03.2026

Azərbaycan nefti ucuzlaşıb

25.03.2026

Azərbaycandan keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək

25.03.2026

Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi

25.03.2026

Bu məhsulun alışı 23 milyona, xaricə satışı isə 3,5 milyona həyata keçirilib

25.03.2026

Avropada dizel qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır

24.03.2026

İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama

24.03.2026

Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

24.03.2026
50 yaşdan yuxarı məşhurların lüks aktivləri

50 yaşdan yuxarı məşhurların lüks aktivləri

24.03.2026

Milyonlarla "iPhone" təhlükədə: yeni haker aləti internetə sızdırılıb

24.03.2026

SEC-dən yeni qərar: bu kriptolar qiymətli kağız sayılmayacaq

24.03.2026

"Apple" xəritə tətbiqinə reklam yerləşdirməyə hazırlaşır

24.03.2026

Məzənnə

Yüklənir...