Redaktor
Sabah hava necə olacaq?
Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Vallyuta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində
25.03.2026Şəkər ixracı ölkəyə 13 milyon dollardan çox qazandırıb
25.03.2026Bir elektromobilin orta qiyməti nə qədərdir?
25.03.2026Sabah hava necə olacaq?
25.03.2026Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
25.03.2026Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi
25.03.2026Azərbaycana düyü idxalı azalıb
25.03.2026Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?
25.03.2026Azərbaycan nefti ucuzlaşıb
25.03.2026Azərbaycandan keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
25.03.2026Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
25.03.2026Bu məhsulun alışı 23 milyona, xaricə satışı isə 3,5 milyona həyata keçirilib
25.03.2026Avropada dizel qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır
24.03.2026İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
24.03.2026Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
24.03.2026