Redaktor
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
Martın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.
Valyuta.az xəbər verir ki, bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a bildirib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil: "Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir”.
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində
25.03.2026Şəkər ixracı ölkəyə 13 milyon dollardan çox qazandırıb
25.03.2026Bir elektromobilin orta qiyməti nə qədərdir?
25.03.2026Sabah hava necə olacaq?
25.03.2026Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
25.03.2026Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi
25.03.2026Azərbaycana düyü idxalı azalıb
25.03.2026Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?
25.03.2026Azərbaycan nefti ucuzlaşıb
25.03.2026Azərbaycandan keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
25.03.2026Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
25.03.2026Bu məhsulun alışı 23 milyona, xaricə satışı isə 3,5 milyona həyata keçirilib
25.03.2026Avropada dizel qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır
24.03.2026İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
24.03.2026Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
24.03.2026