Redaktor
ABŞ-da çoxmilyonluq sərvətə malik ailələrin sayı artır
Son illərdə ABŞ-da çoxmilyonluq sərvətə malik ailələrin sayı kəskin şəkildə artıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.
Hazırda ölkədə sərvəti 30 milyon dollardan çox olan təxminən 430 min təsərrüfat mövcuddur. Onlardan təxminən 74 mininin sərvəti isə 100 milyon dolları keçir. Qeyd olunur ki, 1990-cı ildən bəri varlı ailələrin say artımı ölkə əhalisinin ümumi artım tempini üstələyib.
Nəşr ABŞ Federal Ehtiyat Sistemi və Princeton Universitetinin tədqiqatçılarına istinadən bildirir ki, bu artımın əsas səbəbləri fond bazarının yüksəlişi, fərdi investisiyaların genişlənməsi və pensiya yığımlarının artması, eləcə də kiçik və orta biznesin aktiv inkişafıdır.
Ən böyük aktiv həcmi hazırda “baby boomer” nəslinin (1946–1964-cü illərdə doğulanlar) əlində cəmlənib – ümumilikdə 88,5 trilyon dollar. İkinci yerdə X nəsli (1965–1980) qərarlaşıb – 45,4 trilyon dollar. Üçüncü yerdə isə 1946-cı ildən əvvəl doğulan “səssiz nəsil” gəlir – 20,8 trilyon dollar.
Daha gənc nəsillər – millenniallar və Z nəsli – birlikdə təxminən 18,25 trilyon dollar həcmində aktivlərə sahibdir.
“Wall Street Journal” qeyd edir ki, ev təsərrüfatlarının artan rifahı bahalı daşınmaz əmlak (10 milyon dollardan yuxarı) üzrə əməliyyatların çoxalmasında, premium seqmentə aid məhsulların – bahalı avtomobillər və lüks brendlərin – satışında, həmçinin biznes-klass və şəxsi təyyarələrlə səyahətlərin populyarlığının artmasında özünü göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Pocket eSIM” 1,5 milyon dollar investisiya alıb
25.03.2026Maliyyə məsləhətçilərinin yaş qruplarına görə tövsiyə etdiyi 5 portfel addımı
25.03.2026ABŞ-da çoxmilyonluq sərvətə malik ailələrin sayı artır
25.03.2026Avropada ən populyar avtomobillər açıqlandı
25.03.20267 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində
25.03.2026Şəkər ixracı ölkəyə 13 milyon dollardan çox qazandırıb
25.03.2026Bir elektromobilin orta qiyməti nə qədərdir?
25.03.2026Sabah hava necə olacaq?
25.03.2026Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
25.03.2026Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi
25.03.2026Azərbaycana düyü idxalı azalıb
25.03.2026Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?
25.03.2026Azərbaycan nefti ucuzlaşıb
25.03.2026Azərbaycandan keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
25.03.2026Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
25.03.2026Bu məhsulun alışı 23 milyona, xaricə satışı isə 3,5 milyona həyata keçirilib
25.03.2026Avropada dizel qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır
24.03.2026İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama
24.03.2026Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
24.03.2026