"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək

Redaktor

25.03.2026 21:58
63

"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək

ABŞ-ın video oyun istehsalçısı olan "Epic Games" 1000-dən çox əməkdaşını işdən çıxaracağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət xərcləri azaltmaq və yenidən strukturlaşmaq məqsədilə bu addımı atır. Planlara əsasən, həm işçi sayı, həm də digər xərclər azaldılaraq təxminən 500 milyon dollar qənaət hədəflənir.

Qeyd edək ki, şirkətin əsas məhsullarından biri olan "Fortnite" oyununda istifadəçi aktivliyinin azalması maliyyə göstəricilərinə təsir edib. Lakin rəhbərlik bu tendensiyanın ümumilikdə oyun sektorunda müşahidə olunduğunu bildirir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...