Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

Redaktor

25.03.2026 23:03
90

Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

Matt Brittin BBC-nin yeni baş direktoru vəzifəsinə təyin olunub.

Valyuta.az xəbər verir ki, daha əvvəl "Google"da Avropa, Yaxın Şərq və Afrika üzrə fəaliyyətə rəhbərlik edən Brittin bu vəzifədə istefa verən Tim Davieni əvəz edəcək.

BBC rəhbərliyi bildirib ki, Brittin iri və mürəkkəb təşkilatları idarə etmək sahəsində geniş təcrübəyə malikdir və şirkətin transformasiya dövründə bu bacarıqlar mühüm rol oynayacaq.

Qeyd olunur ki, yeni rəhbər BBC üçün kritik dövrdə fəaliyyətə başlayacaq. Hazırda qurumun maliyyələşmə modeli, lisenziya sistemi və ümumi fəaliyyət çərçivəsi ilə bağlı hökumətlə danışıqlar davam edir.

Eyni zamanda BBC rəqəmsal media bazarında böyük texnologiya şirkətləri ilə rəqabət aparır və bu sahədə dəyişikliklərə ehtiyac duyulur.

Məlumata görə, Matt Brittin yeni vəzifəsinə may ayında başlayacaq və onun əsas prioritetlərindən biri qurumun rəqəmsal transformasiyasını sürətləndirmək olacaq.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...