Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

Redaktor

26.03.2026 14:35
73

Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

Şübhəsiz ki, "Pulu pul gətirər" ifadəsini tez-tez eşitmisiniz. Bu yanaşma bir çox yüksək gəlirli fərdlər və onların ailələri üçün xüsusilə aktualdır. Onların bir çoxu mövcud kapitaldan daha böyük xalis aktivlər formalaşdırmaq və bu sərvətin gələcək nəsillərə ötürülməsini təmin etmək üçün xüsusi strategiyalardan istifadə edir.

​"Yüksək gəlirli ailələr üçün nəsillərarası sərvət yaratmaq təkcə aktivlərin artırılması demək deyil," – deyə W.A. Smith Financial Group-un təsisçisi, sertifikatlı pensiya gəlirləri mütəxəssisi və baş qeydiyyatlı maliyyə məsləhətçisi Bill Smit qeyd edir. "Bu, sərvətin vergi baxımından səmərəli olmasını, strateji cəhətdən strukturlaşdırılmasını və varislərə onun təsirini qoruyub maksimum dərəcədə artıracaq şəkildə ötürülməsini təmin etməkdir."

​Yüksək gəlirli ailələrin nəsillərarası sərvət qurmaq üçün tətbiq etdiyi 5 əsas strategiyanı təqdim edirik:

​1. Gələcək nəsillərin maarifləndirilməsi

​Bir çox aktiv menecerləri yüksək gəlirli müştərilərinə hər hansı bir kapitalın təməlində maliyyə savadlılığının dayandığını deyirlər. Mövcud sərvəti qorumaq üçün belə ailələr övladlarına maliyyə uğurunun sirlərini öyrətməyə xüsusi zaman ayırırlar.

​"Həqiqi nəsillərarası sərvət maliyyə təhsilindən başlayır," – deyə Smit bildirir. "Yüksək gəlirli ailələr varislərinə investisiyalar, vergi səmərəliliyi və sərvətin idarə edilməsi məsuliyyəti haqqında biliklər ötürməyə üstünlük verirlər. Bu, onlara miras qalan vəsaitləri israf etmək əvəzinə, əsaslandırılmış maliyyə qərarları qəbul etməyə imkan verir."

​2. İntizamlı investisiya yanaşması

​Həm maliyyə məsləhətçiləri, həm də investisiya menecerləri kapitalın idarə edilməsində strategiyanın vacibliyini vurğulayırlar. Varlı ailələr öz vəsaitlərini uzunmüddətli perspektivlə və ardıcıl şəkildə investisiya edirlər.

​"Varlı ailələr pulu sadəcə böyütmək üçün deyil, müəyyən bir məqsədlə yatırırlar," – deyə Smit əlavə edir. "Onların planları gəlir əldə etməyə, vergi baxımından səmərəli investisiyalara və sərvətin nəsillər boyu qorunub saxlanması üçün intizamlı bazar strategiyalarına üstünlük verir."

​İnvestisiya üçün istər investisiya fondları, istər səhmlər, istərsə də istiqrazlar seçilsin – əsas şərt vəsaitlərin şəxsi risk dözümlülüyü çərçivəsində dövriyyəyə buraxılmasıdır.

​3. Koordinasiyalı maliyyə komandasının yaradılması

​Böyük həcmli kapitalın idarə edilməsi mürəkkəb proses olduğundan, ultra yüksək gəlirli ailələr bu işin effektivliyi üçün bütöv bir peşəkar komanda cəlb edirlər.

​"Ən varlı ailələr yalnız bir məsləhətçiyə güvənmirlər," – deyə Smit qeyd edir. "Onlar maliyyə planlaşdırıcıları, vergi strateqləri, vərasət hüququ üzrə vəkillər və investisiya mütəxəssislərindən ibarət komanda ilə işləyirlər. Bu mütəxəssislər hər bir qərarın vergi baxımından optimallaşdırılmasını və ailənin uzunmüddətli hədəflərinə uyğun gəlməsini təmin etmək üçün birgə fəaliyyət göstərirlər."

​Bu peşəkar komandaya sığorta agentləri də daxil ola bilər.

​4. Sərvətin ötürülməsinin qabaqcıl mexanizmlərindən istifadə

​Nəsillərarası sərvətin effektiv şəkildə formalaşdırılması həm də yaxşı düşünülmüş ötürmə strategiyasının olmasını tələb edir.

​"Effektiv miras planlaması təkcə aktivləri ötürmək deyil, həm də həmin aktivləri lüzumsuz vergi yüklərindən qorumaq və saxlamaq deməkdir," – deyə Smit bildirir. "Bir çox ailələr əmlak vergilərini azaltmaq və varislərin alacağı məbləği maksimuma çatdırmaq üçün geri qaytarıla bilən və geri qaytarıla bilməyən trast daxilində həyat sığortasından və sağlığında edilən strateji bağışlamalardan istifadə edirlər."

​5. Alternativ investisiyaların araşdırılması

​Bir çox yüksək gəlirli ailələr passiv gəlir əldə etmək və uzunmüddətli artıma nail olmaq üçün alternativ investisiyalara müraciət edirlər.

​"Alternativ investisiyalar əsas strategiya olmasa da, yüksək gəlirli ailələr əsas investisiya və pensiya gəliri ehtiyacları qarşılandıqdan sonra portfellərinin müəyyən hissəsini alternativlərə ayırırlar," – deyə Smit vurğulayır. "Bu, onlara portfeli diversifikasiya etməyə (şaxələndirməyə), passiv gəlir yaratmağa və uzunmüddətli sərvət artımı üçün əlavə imkanlar formalaşdırmağa şərait yaradır."

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

26.03.2026

Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

26.03.2026

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

26.03.2026
“TikTak”a yeni CEO təyin edildi

“TikTak”a yeni CEO təyin edildi

26.03.2026

Zəngilan üçün 1 milyonluq tender elan edildi

26.03.2026

"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı

26.03.2026

Necə varlanmaq olar? - İqtisadçı açıqladı

26.03.2026
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

26.03.2026

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

26.03.2026

Azərbaycan nefti ucuzlaşdı

26.03.2026

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

26.03.2026

Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU

26.03.2026

Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

25.03.2026

"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir

25.03.2026

"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək

25.03.2026

Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb

25.03.2026

"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub

25.03.2026

Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?

25.03.2026

"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu

25.03.2026

Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO

25.03.2026

Məzənnə

Yüklənir...