Redaktor
Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU
Bəzən bir insanın verdiyi tək qərar təkcə onun həyatını yox, bütöv bir sənayeni dəyişir. 1940-cı illərin sonlarında Parisdə belə bir dönüş nöqtəsi yaşandı - bir dizayner qadın modasına yeni nəfəs verdi və gözəllik anlayışını yenidən formalaşdırdı. Müharibədən çıxmış dünyada sadəcə geyim deyil, ümid, zəriflik və estetik anlayışı təqdim edən bu yanaşma qısa müddətdə qlobal fenomenə çevrildi. Bu gün isə həmin hekayə dünyanın ən məşhur lüks brendlərindən biri olan Dior-un tarixində yaşayır.
Valyuta.az xəbər verir ki, Dior 1946-cı ildə dizayner Christian Dior tərəfindən yaradılıb. Müharibədən sonra qadınlara yenidən zəriflik və gözəllik hissini qaytarmağı qarşısına məqsəd qoyan dizayner 1947-ci ildə təqdim etdiyi ilk kolleksiya ilə moda dünyasında inqilab edib. Bu kolleksiya sonradan “New Look” adı ilə məşhurlaşıb.
Qısa müddətdə sürətlə böyüyən Dior 1947-ci ildə ilk ətirini - “Miss Dior”u təqdim edib və brend artıq 1950-ci illərdə Paris moda ixracının böyük hissəsini təşkil etməyə başlayıb.
1950-1960-cı illərdə "Dior" geyimlə yanaşı kosmetika, ayaqqabı və aksesuar sahələrinə də daxil olaraq fəaliyyətini genişləndirib. Brend həmçinin məşhurlar və kral ailələri ilə əməkdaşlıq edərək nüfuzunu daha da artırıb.
1980-ci illərdən etibarən "Dior LVMH" qrupunun tərkibinə daxil olub və qlobal lüks bazarda mövqeyini gücləndirib. Sonrakı illərdə isə kişi kolleksiyaları, yeni kreativ direktorlar və innovativ dizayn yanaşmaları ilə inkişafını davam etdirib.
Hazırda "Dior" geyim, ətir, kosmetika və aksesuar sahələrində fəaliyyət göstərərək dünyanın ən tanınmış lüks brendlərindən biri kimi mövqeyini qoruyur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb
26.03.2026Azərbaycan nefti ucuzlaşdı
26.03.2026Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
26.03.2026Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU
26.03.2026Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu
25.03.2026"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir
25.03.2026"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək
25.03.2026Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb
25.03.2026"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub
25.03.2026Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?
25.03.2026"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu
25.03.2026Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
25.03.2026