Redaktor
Necə varlanmaq olar? - İqtisadçı açıqladı
Varlanmaq xərcləri sıxmaqla yox, gəliri artırmaqla mümkündür. Məhdud qazancı olan insan nə qədər qənaət etsə də, bu onu sadəcə daha ehtiyatlı edir, varlı etmir".
Valyuta.az "Unikal"a istinadən xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, eyni məntiq həm insan, həm də dövlət səviyyəsində keçərlidir:
"Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz. Əsas məsələ yeni imkanlar yaratmaq, dəyəri artırmaq və bunu davamlı gəlirə çevirməkdir. Gündəlik həyatda da bunu görmək olur. Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir.
Məsələn, hər ay 200-300 manata qənaət edib pul yığan adam 5 il bunu yığarsa, cəmi 30 min toplaya bilər. İnflyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə, 5 ildə daha böyük nəticələr əldə edə bilər. Sadə məntiq budur - dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərZəngilan üçün 1 milyonluq tender elan edildi
26.03.2026"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı
26.03.2026Necə varlanmaq olar? - İqtisadçı açıqladı
26.03.2026
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu
26.03.2026OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb
26.03.2026Azərbaycan nefti ucuzlaşdı
26.03.2026Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
26.03.2026Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU
26.03.2026Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu
25.03.2026"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir
25.03.2026"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək
25.03.2026Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb
25.03.2026"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub
25.03.2026Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?
25.03.2026"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu
25.03.2026Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
25.03.2026