Redaktor
Özbəkistan Prezidenti startaplar üçün 5 milyon dollarlıq mükafat fondu ayırdı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə rəqəmsal texnologiyalar sahəsində keçirilən “President Tech Award” startap müsabiqəsinin mükafat və investisiya fondu 1 milyon dollardan 5 milyon dollara artırılıb.
Valyuta.Az-ın verdiyi xəbərə görə, yeni qaydalara əsasən, ayrılan vəsaitin 1 milyon dolları inkubasiya mərhələsində olan perspektivli startapların qrant əsasında dəstəklənməsinə, 4 milyon dolları isə ən perspektivli layihələrə vençur investisiyası kimi yönəldiləcək.
“President Tech Award” Özbəkistanda rəqəmsal texnologiyalar və innovativ sahibkarlığın inkişafını təşviq etmək məqsədilə keçirilən startap müsabiqəsidir. Müsabiqə çərçivəsində iştirakçılar layihələrini təqdim edir, qaliblər isə maliyyə dəstəyi ilə yanaşı, mentorluq, akselerasiya proqramları və investorlarla əməkdaşlıq imkanları əldə edirlər.
Rəsmi məlumata görə, müsabiqə yaradıldığı vaxtdan indiyədək 13 mindən çox iştirakçı və 1 800-dən artıq komanda layihəyə qoşulub. Qalib startaplar ümumilikdə 10 milyon ABŞ dollarından çox investisiya cəlb edib və 400-dən artıq yeni iş yeri yaradıb.
“President Tech Award” müsabiqəsinin yeni mövsümünə iyulun 1-də keçirilən “Powering the Startup Ecosystem” tədbiri çərçivəsində start verilib.
Bununla yanaşı, Özbəkistanda ilk dəfə süni intellekt sahəsinə həsr olunan “President AI Award” müsabiqəsi də təsis edilib. Bu layihənin investisiya fondu 1 milyon dollar təşkil edir və dövlət idarəçiliyi, sənaye, sahibkarlıq, səhiyyə, təhsil, yaşıl iqtisadiyyat və aqrotexnologiyalar sahələrində süni intellekt əsaslı həllər hazırlayan startapların dəstəklənməsinə yönəlib.
Qeyd edək ki, “President Tech Award” rəsmi dövlət fondu olmasa da, layihə Özbəkistan hökumətinin dəstəklədiyi, dövlət qurumlarının iştirakı ilə keçirilən mükafat və investisiya mexanizmi kimi təqdim olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlmaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
02.07.2026Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO
02.07.2026"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026