Fərid Səfərov
Qida mühəndisi
Bəzi insanlar gününün böyük hissəsini ofis mühitində, yəni oturaq şəraitdə keçirir ki, bu da qidalanmaya xüsusi diqqət tələb edir. Belə iş mühitində əsas məqsəd – hərəkətin az olduğu ofis həyatında bədəni yükləmədən, amma enerji balansını qoruyaraq qidalanmağı öyrənməkdir.
Bəs ofisdə düzgün qidalanma necə olmalıdır?
Ofisdə uzun saatlar işləmək qidalanma rejiminə ciddi şəkildə təsir edir. Enerji düşüklüyü, fokus azalması, şişkinlik, yorğunluq və çəkidə artım əsas problemlərdir. Amma doğru yanaşma ilə ofis şəraitində də sağlam qidalanmaq mümkündür.
Ofisdə sağlam qidalanmanın qızıl qaydaları.
- Səhər yeməyi vacibdir. Ofisə ac getmək konsentrasiyanı azaldır, gün ərzində şəkərli qəlyanaltı istəyini artırır, maddələr mübadiləsini ləngidir. Mümkün qədər işə ac getməyin.
- İş yerində 3–3.5 saatdan çox ac qalmaq qan şəkərini oynadır, əsəbilik və yorğunluq yaradır, axşam həddindən artıq yeməyə səbəb olur.
- Nahar vaxtı ofisdə fast food yeməklər, çayla şirniyyat, yağlı ev yeməkləri çox vaxt ağır olur.
- Balanslı qidalanma: toyuq, balıq, ət + tərəvəz + az miqdarda bulqur və ya düyü, düyülü və ya bulqurlu şorbalar, salat + protein (tuna, toyuq, yumurta) kimi qidalar yemək olar.
- Uzun müddət tox saxlayan, şişkinlik yaratmayan qəlyanaltılar yaxşı seçimdir. 1 meyvə (alma, armud, kivi, banan); quru meyvə + çərəz (5–7 badam, qoz); tünd şokolad (70% kakao); qatıq (şəkərsiz); kəsmik + meyvə.
- Şirniyyat, şokolad batonları, enerji içkiləri sadəcə daha çox aclıq hissi, daha çox yemək istəyi və çəki artımı ilə nəticələnəcəkdir.
Su içmə problemi – ofisdə ən böyük səhvlərdən biridir:
Ofisdə çoxları suyu unudur və bunun nəticəsi baş ağrısı, halsızlıq, şişkinlik, qəbizlik olur. Gözünüzün önünə mütləq içmək üçün su qoyun və özünüzü susuz saxlamayın. Digər problem içilən kofenin miqdarıdır. Gündə 1-2 fincan (ən çox) bəs edər, acqarına qətiyyən içmək olmaz. Kofenin əvəzinə su, yaşıl çay, orqanizminizə uyğun bitki çayları içə bilərsiniz. Gün ərzində ofisdə tamamilə ac qalmaq da düzgün deyil, ac qaldıqda axşam yeməyi həddindən artıq olur. Bu isə şişkinlik, qəbizlik, mədə-bağırsaq problemləri, yuxusuzluq və artıq çəki alımı ilə nəticələnir. Həyatın bütün anlarında sağlam seçimlər və balans önəmlidir.
Sağlam qidalanaraq sağlam yaşayın!

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026