Redaktor
Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
Yaxın Şərqdə müharibə nəticəsində tankerlər və digər ticarət gəmiləri Hürmüz boğazından keçə bilməsə, neftin qiyməti iki-üç həftə ərzində barrel başına 150 dollara yüksələ bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qətərin enerji naziri Saad əl-Kaabi xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibə dünya iqtisadiyyatını məhv edə bilər. O, proqnozlaşdırıb ki, Körfəz ölkələrinin bütün enerjidaşıyıcı ixracatçıları bir neçə gün ərzində istehsalı dayandıracaq.
O həmçinin təxmin edir ki, qazın qiyməti milyon britaniyalı istilik vahidi üçün 40 dollara qalxacaq ki, bu da müharibədən əvvəlki səviyyədən təxminən dörd dəfə çoxdur.
Onun sözlərinə görə, hətta İran müharibəsi dərhal bitsə belə, Qətərin İran dronlarının ölkənin ən böyük maye təbii qaz (MTQ) istehsal zavoduna vurduğu zərədən sonra normal təchizat dövrünə qayıtması bir neçə həftədən bir neçə ayadək vaxt tələb edəcək.
Əsas risk Hürmüz boğazının bloklanmasıdır: bu boğaz dünya neft və qaz ixracının təxminən beşdə birini daşıyır.
“Əgər bu müharibə bir neçə həftə davam edərsə, bu, dünya üzrə ÜDM artımına təsir göstərəcək. Enerjidaşıyıcıların qiymətləri hər kəs üçün yüksələcək. Bəzi məhsullar çatışmazlığı yaranacaq və bu, təchizat verə bilməyən zavodlarda zəncirvari reaksiyaya səbəb olacaq", deyə Qətərin enerji naziri bildirib.
2 martda İranda Hürmüz boğazının bağlanması barədə açıqlama verilib. Bu əsas neft ixrac edən ölkələrdən ixracın dayanmasına səbəb ola bilər.
Ekspertlər bildirir ki, neft qiymətləri yaxın aylarda nisbətən yüksək səviyyədə qalacaq. Brent markalı neftin qiyməti barrel başına 90 dollar səviyyəsində, maye təbii qazın (MTQ) isə milyon britaniyalı istilik vahidi üçün 17 dollar olması proqnozlaşdırılır.
Bununla yanaşı, 6 mart tarixində son altı gündə ilk dəfə neft qiymətləri düşməyə başlayıb. Buna ABŞ hökumətinin qiymət artımını əngəlləmək üçün bazara müdaxilə imkanını nəzərdən keçirməsi səbəb olub.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026