İşdə qarşılaşdıqları problemi milyonlarla dollarlıq startapa çevirdilər

Redaktor

13.07.2026 08:30
323

İşdə qarşılaşdıqları problemi milyonlarla dollarlıq startapa çevirdilər

Bir şirkətdə işləyərkən qarşılaşdığınız problemi həll etmək üçün işdən ayrılıb öz biznesinizi qurardınız?

Valyuta.az xəbər verir ki, ABŞ-ın biznes mediası "Morning Brew"un keçmiş əməkdaşları Tyler Denk, Benjamin Hargett və Jake Hurd məhz bu yolu seçdilər.

Onlar 2021-ci ildə işlədikləri şirkəti tərk edərək "Beehiiv" adlı xəbər bülleteni platformasını yaratdılar.

Qurucuların sözlərinə görə, "Morning Brew"un sürətlə böyüməsi dövründə mövcud newsletter platformalarının imkanları onların tələblərini tam qarşılamırdı. Komanda auditoriyanın idarə edilməsi, analitika və gəlir əldə etmə proseslərini asanlaşdırmaq üçün daxili alətlər hazırlamışdı. Bir müddət sonra isə bu alətlərin təkcə özləri üçün deyil, minlərlə yaradıcı və media qurumu üçün faydalı ola biləcəyini düşündülər.

Beləliklə, "Beehiiv" ideyası yarandı.

Platforma istifadəçilərə xəbər bülleteni yaratmaq, abunəçi bazasını böyütmək və məzmunlarından gəlir əldə etmək imkanı təqdim edir. Bir neçə il ərzində "Beehiiv" bazarda sürətlə böyüyərək "Substack və "Mailchimp" kimi tanınmış platformaların əsas rəqiblərindən birinə çevrilib.

"TechCrunch"un məlumatına görə, şirkət 2023-cü ildə 12,5 milyon dollar, 2024-cü ildə isə 33 milyon dollar investisiya cəlb edib.

2026-cı ilin aprelində "Beehiiv"in illik təkrarlanan gəliri 28 milyon dolları ötüb. Həmin vaxt platformanın 50 mindən çox aktiv istifadəçisi və 400 milyon unikal oxucusu olub.

Bu gün "Beehiiv"dən istifadə edən tanınmış simalar arasında aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger də var. Onun "Arnold's Pump Club" xəbər bülleteni məhz bu platforma üzərindən yayımlanır.

"Beehiiv"in hekayəsini fərqləndirən əsas məqam isə yeni ideya tapmaq deyil, işlədikləri şirkətdə gördükləri problemi biznes fürsətinə çevirmələri oldu. Qurucular bazardakı boşluğu öz təcrübələri ilə birləşdirərək qısa müddətdə milyonlarla dollar investisiya cəlb edən və sürətlə böyüyən texnologiya şirkəti qura bildilər.

Startap ekosistemində "Beehiiv" tez-tez "öz problemini həll et" prinsipinin uğurlu nümunələrindən biri kimi göstərilir. Şirkətin hekayəsi göstərir ki, bəzən ən yaxşı biznes ideyası tamamilə yeni bir şey icad etməkdən deyil, hər gün qarşılaşdığın problemi hamı üçün həll etməkdən yaranır.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Meta «super sensing» texnologiyasına malik AI eynəklərini sınaqdan keçirir - FT

14.07.2026

Aviasiyada hidrogen inqilabı başlayır

13.07.2026

Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar

13.07.2026

“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

13.07.2026

Şirkət ofisə yaxın yaşamaları üçün işçilərinə hər il 18 min dollar ödəyir

13.07.2026

Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib

13.07.2026

2026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir

13.07.2026

Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalı 4,41 milyon manat azaldılıb

13.07.2026

Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL

13.07.2026
Hansı banklar səyahət krediti verir?

Hansı banklar səyahət krediti verir?

13.07.2026

"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır

13.07.2026
Banklar kimlərə kredit verə bilməz?

Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri

13.07.2026

İqlim böhranını biznesə çevirən 10 STARTAP

13.07.2026

Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"

13.07.2026

Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

13.07.2026

"PAŞA Bank"da yeni TƏYİNAT

13.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

13.07.2026

Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq

13.07.2026

“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?

13.07.2026

Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək

13.07.2026

Məzənnə

Yüklənir...