Gündə 50 bildiriş alan işçi real iş görə bilərmi?

Redaktor

29.04.2026 09:34
508

Gündə 50 bildiriş alan işçi real iş görə bilərmi?

Müasir iş mühitində əməkdaşlar gün ərzində müxtəlif platformalardan davamlı mesaj, bildiriş və sorğular alırlar. Bir çox əməkdaş bu kimi hallarda diqqətlərinin dağıldığını bildirir. Vaxtın əhəmiyyətli hissəsi əsas tapşırıqlara deyil, gələn məlumat axınının idarə olunmasına sərf olunur.

Gün ərzində 50 dənə “Slack”, “WhatsApp”, e-mail bildirişi alan işçi real iş görə bilərmi?

İnsan Resursları mütəxəssisi Pərvanə Həsənova Valyuta.az-a bildirib ki, dövrün tələblərinə uyğun olaraq, gün ərzində saysız-hesabsız bildirişlər (SMS-lər, tətbiq xəbərdarlıqları, e-maillər və s.) mobil telefonlarımıza daxil olur:

"Gün boyu fasiləsiz gələn bildirişlər hər kəsi, hətta bir saniyəlik də olsa, cari işindən ayıra bilir. Bəzi iş yerlərində bu hal iş mühitinin pozulması kimi qiymətləndirilir, hətta bəzən mobil telefonlardan istifadə ilə bağlı məhdudiyyətlər də tətbiq olunur. Bəs görəsən, həqiqətənmi yuxarıda sadalananlar bizim iş fəaliyyətimizə təsir edir?

İşçilərin performansının qiymətləndirilməsi zamanı bəzən bəzi işlərin yarımçıq icra edildiyinin, bəzən isə ümumiyyətlə icra olunmadığının şahidi oluruq. Çox vaxt işçilər buna səbəb kimi “vaxt azlığı”nı göstərirlər. İşəgötürən və işçi arasında yarana bilən münaqişələrdən biri də vaxtın idarə olunması ilə bağlı olur".

P.Həsənova vurğulayıb ki, təcrübədə işəgötürənlərin işçilərin telefonla həddindən artıq məşğul olmalarından şikayət etdiklərinin şahidi oluruq:

"Nəinki bildirişlər, digər kənar təsirlər də insanların diqqətinin dağılmasına, məhsuldarlığın azalmasına gətirib çıxara bilir. Məsələn, məktəbli uşaqlar dərs oxuduqları zaman kənardan eşidilən adi bir vızıltı və digər bu kimi səslər diqqətlərinin bölünməsinə səbəb ola bilir. Diqqətin yayınması vaxt itkisinə, zehnin yorulmasına, əlavə fikir yükünün yaranmasına, stress səviyyəsinin artmasına səbəb olur. Diqqəti yenidən toplamaq üçün isə əlavə enerji və vaxt tələb olunur. Bu səbəblərdən müasir insanlar daha çox yorğunluq hiss edir, gündəlik qayğı və işlərdən əlavə digər məşğuliyyətlərlə məşğul olmaq üçün enerji çatışmazlığı yaşayırlar. Zamanla bu cür yorğunluq hisslərinin üzərinə “tükənmişlik”, “depressiya” və digər psixoloji hallar da əlavə oluna bilir. Tez-tez kəsilən iş axını zamanı işçilərin səhv etmə ehtimalı artır, fikir dağınıqlığı yaranır, emosiyaların idarə olunmasında çətinliklər meydana çıxır. Buradan belə nəticə çıxır ki, zehni yorğunluq təkcə işimizə deyil, sağlamlığımıza da ciddi təsir edir. “Həmişə aktiv” vəziyyətdə qalan, istirahətsiz beyin zamanla yaddaş zəifliyi, əsəbilik və digər hallar yaradır ki, bunlar da ilk növbədə psixoloji vəziyyətimizə təsir göstərir".

Çağdaş dünyanın insanı informasiya bolluğu dövründə sağlamlığını, işini və ümumilikdə həyat keyfiyyətini necə qorumalıdır? sualına cavab olaraq isə ekspet qeyd edib ki, nə qədər problemlər həyatımızda mövcud olsa da, onların həll yolları da tapılır:

"Hazırda müxtəlif metodlardan istifadə etməklə zamanımızı, işlərimizi və emosiyalarımızı idarə edə bilərik. Ən azından, bir neçə lazımsız tətbiqi telefonlarımızdan silə bilərik. Bəzən isə bəzi qrup yazışmalarını və ya vacib olmayan mesajları səssiz rejimə keçirə bilərik. Vaxtaşırı lazımsız məlumatları mesaj qutularımızdan və yazışmalarımızdan silərək daha dərindən düşünmək üçün özümüzə imkan yaratmalıyıq. Bildirişləri qruplaşdırmaq, onları yalnız müəyyən saatlarda yoxlamaq da daha səmərəli nəticə verə bilər. Tələsik düşünmək, cəld qərar vermək və bəzi məsələlər üzərində kifayət qədər dərindən düşünməmək məhsuldarlığımızı aşağı sala bilər. Bu kimi hallardan uzaq durmaq üçün tədbirlər görülməzsə, bildirişlər düzgün idarə olunmazsa, bu vəziyyət iş performansımıza ciddi mənfi təsir göstərə bilər".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ

22.07.2026

Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib

22.07.2026

Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb

22.07.2026

"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib

22.07.2026

"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib

22.07.2026

Məzənnə

Yüklənir...