"Konsaltinq xidməti əksər hallarda şirkətə fayda gətirir"

Redaktor

17.02.2026 10:00
803

"Konsaltinq xidməti əksər hallarda şirkətə fayda gətirir"

Azərbaycanda konsaltinq xidmətlərinə münasibət hələ də birmənalı deyil. Şirkətlər düşünürlər ki, konsultantlar şirkətin saatını oğurlayıb, sonra vaxtı həmin şirkətə baha qiymətə deyən adamlardır. Şirkət rəhbərləri konsultantların biznesə real dəyər qatıb-qatmadığı sualını verir, bəziləri isə bu xidməti əlavə və əsaslandırılmamış xərc kimi qiymətləndirir.

Sual yaranır ki, şirkətlər niyə belə yanaşırlar? Əslində, konsultantlar şirkətin həll edə bilmədiyi nəyi həll edirlər?

Valyuta.az-a danışan biznes konsultant Pərviz Əzimov bildirib ki, Azərbaycan bazarında konsaltinq və podratçı xidmətləri hələ tam formalaşmayıb və geniş şəkildə tətbiq olunmur:

"Halbuki, dünya təcrübəsində bu xidmətlər geniş yayılıb və biznes idarəetməsinin vacib alətlərindən biri hesab olunur. Konsaltinq xidməti 90% hallarda şirkətə fayda gətirir. Praktikada bu xidmətlərin böyük hissəsi müəssisələrin inkişafına, risklərin azaldılmasına və səmərəliliyin artırılmasına xidmət edir. Bunun səbəbləri müxtəlifdir. Müqayisə üçün peyvəndlə bağlı məşhur yanaşmanı xatırlatmaq olar: peyvənd nadir hallarda bəzi şəxslərdə mənfi təsir yarada bilər, lakin ümumilikdə cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır. Konsaltinq xidməti də oxşar mahiyyət daşıyır. Ola bilər ki, hansısa şirkətə zərər vursun, lakin ümumi təcrübə göstərir ki, düzgün və peşəkar şəkildə təqdim edilən konsaltinq xidmətləri şirkət üçün daha çox qazanc yaradır. Əsas məsələ bu xidmətdən düzgün istifadə etməkdir. Bu yanaşma yalnız konsaltinqə deyil, ümumilikdə bütün podratçı xidmətlərə aiddir".

Biznes konsultant qeyd edib ki, konsaltinqin müxtəlif istiqamətləri mövcuddur:

"Məsələn, vergi konsaltinqi. Kiçik bir şirkətin vergi məsələləri ilə bağlı mütəmadi öhdəlikləri olur və bu sahədə peşəkar dəstəyə ehtiyac yaranır. Eyni zamanda hüquqi konsaltinq xidməti də mühüm əhəmiyyət daşıyır. Müəssisənin məhkəmə işləri, müqavilələri və digər hüquqi prosesləri ola bilər. Lakin bu işlərin həcmi hər zaman daimi ştat vahidi saxlamağı zəruri etmir. Şirkət daimi hüquqşünas və ya vergi mütəxəssisi işə götürdükdə yüksək əməkhaqqı ödəməli olur. Halbuki həmin mütəxəssisə veriləcək iş həcmi bəzən bu xərci əsaslandırmaya bilər. Konsaltinq və ya podratçı xidmətlərdən istifadə edildikdə isə şirkət yalnız konkret yaranmış ehtiyac üzrə xərc çəkir. Bu isə büdcəyə qənaət etməyə və eyni zamanda ixtisaslaşmış peşəkar komandaya çıxış əldə etməyə imkan verir. Digər bir nümunə marketinq sahəsidir. Kiçik və orta müəssisələr üçün marketinq strategiyasının hazırlanması zəruri ola bilər. Lakin bu sahədə peşəkar mütəxəssisi daimi ştata qəbul etmək 5 000-7 000 manat və ya daha yüksək xərc tələb edə bilər. Şirkətin aylıq dövriyyəsi bu səviyyədə sabit əməkhaqqını təmin etməyə imkan vermədikdə, konsaltinq xidməti daha məqsədəuyğun alternativ olur. Bu halda müəssisə daha aşağı xərc müqabilində marketinq strategiyası və planı əldə edə bilir. Hüquq, vergi, maliyyə, marketinq və biznesin idarə edilməsi kimi sahələrdə bu cür nümunələrin sayı çoxdur. Konsaltinq xidmətlərinin üstünlüklərindən biri də peşəkar komanda ilə işləmək imkanının yaradılmasıdır. Məsələn, şirkət bir hüquqşünas işə qəbul etdikdə yalnız bir mütəxəssisin təcrübəsindən yararlanır. Konsaltinq şirkəti ilə əməkdaşlıq zamanı isə eyni məsələ üzərində bir neçə hüquqşünasın birgə çalışması mümkündür. Bu da qərarların daha dəqiq və əsaslandırılmış olmasına şərait yaradır".

"Konsaltinq xidməti müəyyən mənada məsuliyyətin bölüşdürülməsi baxımından da əhəmiyyətlidir. Şirkətə hüquqi, vergi və ya maliyyə üzrə rəsmi məsləhət təqdim edildikdə, gələcək audit və ya məhkəmə proseslərində həmin rəyin əsaslandırılması mümkün olur. Bu, risklərin idarə olunmasında əlavə təminat rolunu oynayır. Ümumiləşdirilmiş şəkildə demək olar ki, konsaltinq xidmətləri biznes subyektləri üçün mühüm alətdir. Lakin təəssüf ki, Azərbaycanda bir çox sahələrdə, xüsusilə marketinq konsaltinqi və biznesin idarə edilməsi istiqamətində güclü və tam formalaşmış konsaltinq şirkətləri hələ kifayət qədər deyil. Bu səbəbdən bəzi müəssisələr gözlədikləri nəticəni əldə etməkdə çətinlik çəkirlər. Eyni zamanda, şirkətlərin tərəddüdünü də tamamilə əsassız hesab etmək olmaz. Çünki konsaltinq şirkətləri də hələ tam oturuşmuş şirkətlər deyil", - deyə P.Əzimov əlavə edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

04.06.2026

Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq

04.06.2026

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Məzənnə

Yüklənir...