Redaktor
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov
Xarici platformada yayımlanan bir nümunədə startapın ideya rəhbəri layihəsini investorlara təqdim edir, lakin tələb etdiyi investisiyanı ala bilmir. Buna baxmayaraq, o, layihə üzərində işləməyə davam edir və sonradan startapı gəlir gətirən real biznes modelinə çevirir. Bu sadəcə bir nümunədir.
Amma daha çox eşidirik ki, investisiyasız böyümək olmur. Yəni sual yaranır ki, “İnvestorsuz böyümək mümkündürmü?”
Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, investisiya olmadan da startap böyütmək mümkündür:
"Bu tip startapların sayı olduqca azdır. Əsasən startapların ana böyümə mənbəyi investisiyadır. Əgər startap investisiya olmadan böyüyə bilirsə, bu, kifayət qədər güclü və bazarda tələb yaradan ideyaya əsaslanmalıdır. Belə halda startap bazardan əldə etdiyi gəlir hesabına öz fəaliyyətinə yenidən investisiya edə bilir. Məhsul və ya xidmətlərin satışından əldə olunan gəlir reklam, inkişaf və digər əməliyyat xərclərinə yönəldilir. Bu model çərçivəsində böyümə mümkündür, lakin proses daha ləng gedir. Startapın əsas məntiqi isə ondan ibarətdir ki, gəlir əldə etmək potensialı olan ideya investisiya vasitəsilə qısa müddətdə sürətlə böyüdülsün. Bu səbəbdən yalnız tədricən böyüyən bizneslər zamanla startap modelindən uzaqlaşaraq daha çox ənənəvi biznesə çevrilirlər".

"Azərbaycan, Türkiyə kimi ölkələrdə startap qurarkən nəzərə almaq lazımdır ki, bu regionlarda investor bazası məhduddur. Buna görə də startaplar ən azı öz xərclərini qarşılaya bilən model qurmalıdırlar ki, investor axtarışı dövründə bir neçə il ərzində fəaliyyətlərini davam etdirə bilsinlər. Region startapçıları bu amili mütləq nəzərə almalıdırlar", - deyə N.Manafov əlavə edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026