Əmlak sahibləri daha çox nəyi sığortalayır - Evi, yoxsa avtomobili?

Redaktor

05.06.2026 12:15
186

Əmlak sahibləri daha çox nəyi sığortalayır - Evi, yoxsa avtomobili?

Cari ilin ilk 4 ayında sığorta şirkətləri əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlarını 37,1% və ya 9 milyon 29 min manat artırıblar.

Belə ki, sözügedən dövrdə şirkətlər 33 milyon 371 min manat sığorta yığımı ediblər. Ötən ilin eyni dövründə bu rəqəm 24 milyon 342 min manat olub.

Bu sığorta növü üzrə ödənişlərdə isə illik müqayisədə 25,6% və ya 234 min manat azalma qeydə alınıb. Hesabata görə, bu ilin ilk 4 ayında 679 min manat ödəniş olub, ötən ilin eyni dövründə isə bu rəqəm 913 min manat təşkil edib.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar ilk 4 ayda 23 milyon 40 min manat olub. Bu, illik müqayisədə 1,2% və ya 265 min manat artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 22 milyon 775 min manat idi.

Ödənişlər isə illik müqayisədə 32,3% və ya 2 milyon 986 min manat artaraq 12 milyon 242 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 9 milyon 256 min manat olub.

Beləliklə, ilin ilk 4 ayında əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 9 milyon manatdan çox artsa da, ödənişlər 234 min manat azalıb. Avtonəqliyyat vasitələrinin sığortasında isə yığımlar cüzi artsa da, ödənişlər təxminən 3 milyon manat yüksəlib.

Nəticəyə görə, ilin ilk 4 ayında əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımları 10,3 milyon manat üstələyib

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

05.06.2026

"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

05.06.2026

"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır

05.06.2026

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05.06.2026

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

Məzənnə

Yüklənir...