Redaktor
Çinin "CXMT" IPO-su 443 milyard dollarlıq dəyər hədəfi yaradır
Çinin yaddaş çipi istehsalçısı "ChangXin Memory Technologies" ("CXMT") 8,6 milyard dollarlıq IPO-ya hazırlaşır.
Valyuta.az xəbər verir ki, şirkətin Şanxay birjasındakı debütündən sonra bazar dəyəri süni intellektə artan tələbat və Çinin texnoloji müstəqillik strategiyası fonunda 10 dəfəyədək arta bilər.
Çinin ən böyük DRAM yaddaş çipi istehsalçısı olan "CXMT" bu il Asiyanın ən böyük IPO-larından birini həyata keçirməyə hazırlaşır. Şirkət səhm başına 8,66 yuan qiymət müəyyən edib və IPO çərçivəsində 8,6 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır.
IPO qiymətləndirilməsinə əsasən, şirkətin bazar dəyəri hazırda 579,18 milyard yuan (təxminən 80,9 milyard ABŞ dolları) təşkil edir.
"Shenzhen Deyuan Investment" şirkətinin fond meneceri Vu Jou bildirib ki, "CXMT" gələcəkdə "Samsung Electronics" və "SK Hynix" kimi qlobal yaddaş çipi istehsalçılarının bazar payına ciddi rəqib ola bilər. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı və istehsal güclərinin artırılması şirkətin gələcək artımını dəstəkləyəcək.
Hazırda "CXMT" DRAM bazarında "SK Hynix", "Samsung Electronics" və "Micron"dan sonra dünyanın dördüncü ən böyük istehsalçısı hesab olunur.
IPO çərçivəsində toplanacaq vəsait istehsal xətlərinin genişləndirilməsi və texnologiyaların modernləşdirilməsinə yönəldiləcək. Əlavə səhm yerləşdirilməsi tam həyata keçirilərsə, ümumi vəsaitin 66,6 milyard yuana çatacağı gözlənilir.
Qeyd edək ki, süni intellekt əsaslı kompüterlər, robotlar və pilotsuz avtomobillərin yayılması yaddaş çiplərinə tələbatı artıracaq və bu da "CXMT"nin gələcək artımını dəstəkləyən əsas amillərdən biri olacaq.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTarixi eniş: Səhmləri kəskin ucuzlaşdı, dəyəri 69 milyard dollar azaldı
15.07.2026Çinin "CXMT" IPO-su 443 milyard dollarlıq dəyər hədəfi yaradır
15.07.2026Ukrayna 2035-ci ilə qədər 300 milyard dollar itirə bilər
15.07.2026Uorren Baffet 20 ildən sonra ilk dəfə Qeytsin fonduna ianə vermədi: 6 milyard dollar ailə fondlarına getdi
15.07.2026Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?
15.07.2026Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?
15.07.2026Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı
15.07.2026Birbank Invest: investisiyaya aparan rəqəmsal yol ®
15.07.2026ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi
15.07.2026"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi
15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026