"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Redaktor

07.05.2024 12:35
626

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Bitkoin qiyməti həftə sonu "ayı" bazarı zonasını tərk etdikdən sonra bir qədər yüksəldi, lakin ABŞ-da faiz dərəcələrinin azaldılması ilə bağlı spekulyasiyalar artdıqca əlavə qazancların olub-olmayacağı bəlli deyil.

Ötən həftənin cümə günü Amerikada proqnozların altında açıqlanan əmək bazarı göstəriciləri fonunda dolların kəskin ucuzlaşması həftə sonu "Bitcoin"-in ən böyük dəstəkçisi oldu. Bu, tokenin keçən həftə 59.000$-a düşərək mart ayında əldə etdiyi rekord səviyyədən təxminən 22% aşağı olan "ayı" bazarı bölgəsindən çıxmasına kömək etdi.

Bitkoin son 24 saat ərzində 1.7% bahalaşaraq 65499$-a çatıb.

"Bitcoin" qiyməti faiz dərəcələrinin azaldılması ehtimallarından faydalanır

Bazarlar indi FED-in sentyabr ayında 25 baza bəndlik endirim etmə ehtimalının yüksəlməsini qiymətləndirir. Belə bir ssenari, adətən aşağı faizli, yüksək likvidlik mühitində inkişaf etdiklərini nəzərə alsaq, kriptovalyutaların bahalaşması üçün əlverişli şərait vəd edir.

"Soyuyan" əmək bazarı FED-ə faiz dərəcələrini aşağı salmaq üçün daha çox təcil verir. Lakin, cümə günü zəif açıqlanan əmək bazarı hesabatı beş aylıq proqnozları üstələyən güclü məşğulluq məlumatlarından sonra gəlir, FED üçün əsas amil olan inflyasiya isə mərkəzi bankın 2%-lik illik hədəfinin çox üzərində qalmaqdadır.

"Bitcoin" investisiya məhsullarına kapital axını, xüsusən də bu ilin əvvəlində təsdiqlənmiş spot birja fondlarına (ETF) son bir ay ərzində əhəmiyyətli dərəcədə yavaşlayıb. "Bitcoin ETF"-ləri son üç həftə ərzində böyük kapital çıxışı ilə üzləşir.

"Bitcoin"-də qısamüddətli yüksəlişlər, xüsusilə önümüzdəki günlərdə danışacaq bir sıra FED rəsmilərindən faiz dərəcələri ilə bağlı yeni ipuçları alınac biləcəyi ehtimalları fonunda geri çəkildi.

Bugün FOMC üzvləri Tomas Barkin və Con Uilyams, sabah isə Nil Kaşkari çıxış edəcək.

Lakin həftə sonu mitinqinə baxmayaraq, "Bitcoin" mart və aprel aylarında müşahidə edilən ticarət diapazonunda qaldı. Dünyanın ən böyük kriptovalyutası kriptovalyuta bazarında təlaş ziflədikcə, 60.000-70.000$ arasında dəyişir.

Altkoinlər "Bitcoin" bərpasını izləyir

"Bitcoin"-in yüksəlişi digər əsas kriptovalyutalara da yayıldı, lakin b gün onların da yavaşladığı görünür.

Kapital həcminə görə ünyanın ikinci ən böyük kriptovalyutası "Ethereum" 2.7% bahalaşaraq 3229.61$ olub. XRP 1.4%, Solana isə 2.8% dəyər qazanıb.

Bununla belə, "Bitcoin" ümumi kriptovalyuta qiymətləndirmələrinin təxminən 55%-ni təşkil edərək, kripto para birjalarının lokomotivi olaraq qalıb.

© investaz.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

26.03.2026

Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya

26.03.2026

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

26.03.2026
“TikTak”a yeni CEO təyin edildi

“TikTak”a yeni CEO təyin edildi

26.03.2026

Zəngilan üçün 1 milyonluq tender elan edildi

26.03.2026

"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı

26.03.2026

Necə varlanmaq olar? - İqtisadçı açıqladı

26.03.2026
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu

26.03.2026

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

26.03.2026

Azərbaycan nefti ucuzlaşdı

26.03.2026

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

26.03.2026

Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU

26.03.2026

Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu

25.03.2026

"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir

25.03.2026

"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək

25.03.2026

Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb

25.03.2026

"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub

25.03.2026

Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?

25.03.2026

"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu

25.03.2026

Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO

25.03.2026

Məzənnə

Yüklənir...