Azərbaycanda şadlıq sarayı açmaq neçəyə başa gəlir?

Redaktor

21.01.2026 14:00
493

Azərbaycanda şadlıq sarayı açmaq neçəyə başa gəlir?

Azərbaycanda kifayət qədər yayılmış biznes sahələrindən biri də şadlıq saraylarıdır. Toy, nişan, ad günü və digər mərasimlərə olan tələbat bu sahəyə marağın yüksək qalmasına səbəb olub. Lakin şadlıq sarayı biznesi yalnız görünən gəlirdən ibarət deyil və ciddi planlama tələb edir. Bəs, bir şadlıq sarayının açılması sahibkara təxminən neçəyə başa gəlir?

Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə bildirir ki, şadlıq sarayı açarkən nəzərə alınmalı məqamlar kifayət qədər çoxdur.

Onun sözlərinə görə, ən vacib məsələlərdən biri məkanın düzgün seçilməsidir: "Giriş-çıxış yollarının rahat olması, parklanma imkanları, yaşayış binalarından müəyyən məsafədə yerləşməsi və səs-küy amilinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, rayon və şəhərətrafı ərazilərdə icarə xərcləri arasında ciddi fərqlər mövcuddur və bu amil mütləq nəzərə alınmalıdır".

Ekspert vurğulayır ki, düzgün yer seçimi uğurun yarısı deməkdir: "Orta ölçülü şadlıq sarayları adətən 250-400 nəfərlik tutuma malik olur. Bu formatda bir böyük zal və ya iki mərtəbəli planlama, ayrıca mətbəx və personal zonası nəzərdə tutulur. Çox böyük tutum xərcləri artırdığı kimi, çox kiçik tutum da gəlirliliyi məhdudlaşdırır. Bütün bu amillər nəzərə alındıqda, orta ölçülü şadlıq sarayını tikilib tam formada açılması üçün tələb olunan ilkin investisiya bəzi hallarda 700 min manatdan 2 milyon manata qədər dəyişə bilər. Ümumilikdə isə bazarda elə şadlıq sarayları mövcuddur ki, onların dəyəri 5 milyon manatdan başlayaraq 40 milyon manata qədər yüksəlir".

qaynarinfo.az

Mahir Əhmədzadə qeyd edir ki, 15-20 il əvvəl şadlıq sarayları əsasən daş və beton konstruksiyalarla, daha ağır və abartılı tikinti üslubunda inşa olunurdu: "Hazırda isə bu sahədə modernləşmə müşahidə olunur. Şadlıq sarayları artıq dəmir konstruksiyalar üzərində, daha sadə və müasir üslubda tikilir, interyer dizaynı da bu yanaşmaya uyğun formalaşdırılır. Bu isə müəyyən hallarda tikinti xərclərinin nisbətən daha münasib olmasına şərait yaradır. Buna baxmayaraq, bu gün də şadlıq sarayı açmaq üçün tələb olunan məbləğlər təxminən 1-5 milyon manat aralığında dəyişir".

Ekspertin fikrincə, hazırkı dövrdə şadlıq sarayı biznesinə başlamaq risklidir. O bildirir ki, pandemiya dövrü insanların toy və mərasimlərə yanaşmasını dəyişib. Artıq az sayda qonaqla, bağlarda və ya restoranlarda toy etmək daha geniş yayılıb. Bu da şadlıq saraylarında keçirilən toyların sayının azalmasına səbəb olub.

“Bugünkü reallıq ondan ibarətdir ki, şadlıq saraylarında toyların sayı xeyli azalıb. Şəxsi mövqeyim ondan ibarətdir ki, bu qədər böyük məbləğ olsa belə, mən bu sahəyə investisiya etməzdim. Əvəzində istehsal yönümlü bir sahəyə yatırımın daha uğurlu olacağını düşünürəm”, - deyə Mahir Əhmədzadə vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu biznes üçün ilkin investisiya ilə yanaşı, işçilərin maaşları, mətbəx avadanlıqları, texniki xidmət və digər əməliyyat xərcləri də mütləq nəzərə alınmalıdır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...