Redaktor
Kiçik sərmayə ilə aylıq 6 min qazandıran biznes - DETALLAR
Azərbaycanda son illərdə ketrinq xidmətlərinə artan maraq bu sahəyə investisiya yönəldən sahibkarların sayını artırıb. Xüsusilə də tədbirlərin təşkili və sürətli xidmət tələbi fonunda bu sektorun perspektivləri genişlənir. Ketrinq sahəsində fəaliyyət göstərən və hazırda "Ciao Catering" ketrinq şirkətinin sahibi olan Fərid Səfərov bu istiqamətdə ilk addımları atmaq istəyənlər üçün Valyuta.az-a öz təcrübəsini bölüşüb.
- Fərid bəy, ketrinq biznesinə başlamaq üçün minimum nə qədər ilkin kapital lazımdır və bu məbləğ əsasən nəyə xərclənir?
- Ketrinq biznesinə başlamaq üçün minimum 15 000-30 000 AZN sərmayə tələb olunur. Bu vəsait mətbəx avadanlıqları (sobalar, qazanlar, soyuducu), qab-qacaq, ilkin ərzaq ehtiyatı, sanitar icazələr və reklam xərclərini əhatə edir.
- Ketrinq şirkəti açmaq üçün hansı icacəzlər tələb olunur?
- Ketrinq fəaliyyəti üçün vergiödəyicisi kimi qeydiyyatdan keçmək (VÖEN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyat, mətbəx üçün sanitar rəy almaq və bütün işçilərin tibbi kitabçasının olması vacibdir.
- İcazələr və sənədləşmə proseduru nə qədər vaxt aparır?
- Əgər obyekt hazırdırsa və sənədlər düzgün təqdim olunursa, proses təxminən 2-4 həftə ərzində başa çata bilər. Obyektdə uyğunsuzluqlar olduqda bu müddət uzana bilər.
- Proses çətindirmi?
- Ümumilikdə, çox çətin deyil, amma diqqət və səbir tələb edir. Ən çox problem obyektin sanitar tələblərə cavab verməməsi və sənədlərdəki xırda uyğunsuzluqlardan yaranır.
- Azərbaycanda ketrinq xidmətlərinə tələbat varmı? Yəni, bu biznesə başlamağa dəyərmi?
- Azərbaycanda ketrinq xidmətlərinə tələbat son illərdə artım göstərir. İnsanlar vaxt itirməmək üçün bu cür hazır xidmətlərə üstünlük verirlər. Ən çox sifarişlər toy və yas mərasimləri, şirkət tədbirləri, nişan və ad günləri üçün verilir.
- Bu bazara girmək çətindirmi?
- Yeni sahibkar üçün bazara girmək çətin olsa da, mümkündür. Rəqabət yüksəkdir, xüsusilə də aşağı qiymət təklif edənlər çoxluq təşkil edir. Bu səbəbdən fərqlənmək üçün yeməyin dadı, təqdimat keyfiyyəti və xidmətin punktuallığı əsas rol oynayır.
- Ketrinq sahəsində biznes qurmaq üçün qida üzrə bilik vacibdirmi?
- Ketrinq biznesinə qida üzrə ixtisası olmayan biri də daxil ola bilər, amma burada bir nüans var: bilik mütləq lazımdır, sadəcə bu bilik sahibinin özü olmaq məcburi deyil. Ketrinq qida ilə birbaşa bağlı olduğu üçün sanitar qaydalar, məhsulların saxlanması, bişirilmə temperaturu, allergenlər və zəhərlənmə riskləri kimi mövzular çox önəmlidir. Əgər sahibkarın özü bu sahədə biliyə malik deyilsə, mütləq peşəkar aşpaz, texnoloq və ya qida təhlükəsizliyi üzrə məsul şəxs işə götürməlidir. Praktikada bir çox uğurlu ketrinq biznesi məhz menecmenti güclü, amma qida hissəsini mütəxəssislərə həvalə edən insanlar tərəfindən qurulub.
- Qida biliyi olmayanlar üçün risk nədir?
- Əsas risk keyfiyyətə və gigiyenaya nəzarətin zəifləməsidir. Bir səhv sifariş və ya qida zəhərlənməsi bütün reputasiyanı zədələyə bilər. Ona görə qida biliyi birbaşa olmasa da, ən azı əsas anlayışlara sahib olmaq və işçiləri düzgün idarə etmək vacibdir.
- Biznesdə önəmli məsələlərdən biri ilk müştərilərin cəlbidir. İlk müştərini qazanmaq sizə nə qədər vaxt apardı və bu prosesdə ən çətin məqam nə oldu?
- İlk müştərini qazanmaq adətən 1-3 ay vaxt aparır. Ən çətin mərhələ insanların yeni bir brendə etibar etməsidir. İlk sifarişlər, əsasən, tanış çevrədən gəlir.
Əsas müştəri cəlbetmə kanalları sosial şəbəkələr (xüsusilə “Instagram”), “WhatsApp” və ağızdan-ağıza tövsiyələrdir. Ən effektiv üsul məmnun qalan müştərilərin xidmətin başqalarına tövsiyə etməsidir.

- Orta bir ketrinq şirkətinin aylıq sabit xərcləri təxminən nə qədər olur?
- Sabit aylıq xərclər təxminən 4 000-8 000 AZN arasında dəyişir. Ən böyük xərc hissəsi xammala və əməkhaqqına gedir. Yanacaq, kommunal xidmətlər və qabların yenilənməsi də əlavə xərclər yaradır.
- Bəs həmin biznesin aylıq təxmini qazancı nə qədər ola bilir?
- Orta ölçülü ketrinq şirkətinin aylıq dövriyyəsi 10 000-30 000 AZN təşkil edə bilər. Xərclər çıxdıqdan sonra real qazanc adətən 2 000–6 000 AZN civarındadır.
Ketrinq sahəsində mənfəət marjası orta hesabla 20-35% arasındadır. Korporativ tədbirlər və iri sifarişlər daha stabil və yüksək gəlir gətirir.
- Orta bir ketrinq şirkətində minimum neçə işçi çalışmalıdır?
- Orta ölçülü ketrinq üçün minimum 5-7 nəfərlik heyət kifayətdir. Bu heyətə əsas aşpaz, köməkçi aşpazlar, ofisiantlar, sürücü və ümumi nəzarətçi daxildir.
- Müştərilər ketrinq şirkəti seçərkən daha çox nəyə diqqət edir?
- Müştərilər, əsasən, yeməyin dadına, xidmətin vaxtında və problemsiz təqdim olunmasına üstünlük verirlər. Qiymət amili də əhəmiyyətlidir, lakin keyfiyyət zəifdirsə, ucuz qiymət üstünlük sayılmır.
- Bu sahədə qurulan bizneslərdə ən çox edilən səhvlər hansılardır?
- Yeni başlayanlar bəzən qiymətləri həddən artıq aşağı salır, nəticədə keyfiyyəti qorumaqda çətinlik çəkirlər. Xərclərin düzgün hesablanmaması və gigiyena qaydalarına əməl olunmaması da ciddi risk yaradır.
- Mövsümi dəyişikliklər ketrinq biznesinə necə təsir edir?
- Yaz və yay aylarında toy və tədbirlərin çoxalması səbəbindən iş həcmi artır. Qış aylarında isə sifarişlər azalır və əsasən yas mərasimləri ilə korporativ tədbirlər üstünlük təşkil edir.
- Ketrinq biznesində gözlənilməz risklər varmi?
- Bəli, əsas risklərə qida təhlükəsizliyi, sifarişlərin gecikməsi və xammal qiymətlərinin dəyişməsi daxildir. Bu risklərin azaldılması üçün nəzarət mexanizmləri, ehtiyat planlar və etibarlı təchizatçılar vacibdir.
- Bu sahədə biznes qurmağa dəyərmi və sizin əsas 3 tövsiyəniz nə olar?
- Bəli, amma bu sahə səbir və məsuliyyət vacibdir. Yeni başlayanlar üçün əsas 3 tövsiyəmsə belədir: Keyfiyyəti həmişə ön planda saxla, kiçik sifarişlərlə təcrübə topla, müştəri məmnuniyyətini əsas reklam vasitəsi et.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ilin ən güclü pasportları açıqlandı
14.01.2026Onlar üçün sosial yardımlar dayandırılır - RƏSMİ AÇIQLANDI
14.01.2026Sergey Brin dünyanın ən varlı 3-cü şəxsi oldu
14.01.2026“Dataroid” 6,6 milyon dollar investisiya alıb
14.01.2026Nazir pensiyalardakı artımları açıqladı
14.01.2026Laçında 50 milyon manatlıq yaşayış məhəlləsi salınacaq
14.01.2026Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı
14.01.2026Magistraturaya qəbul imtahanının tarixi açıqlandı
14.01.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
14.01.2026Azərbaycan nefti 71 dolları ötdü
14.01.20265 ilə istehsala çəkilən xərci 1 ildə idxala ödəmişik
14.01.202613 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir?
14.01.2026Avro və rubl ucuzlaşıb
14.01.2026