Redaktor
“Dataroid” 6,6 milyon dollar investisiya alıb
Rəqəmsal analitika və müştəri əlaqələri platforması olan “Dataroid” "Seri A" mərhələsindən əvvəlki investisiya raundunda 6,6 milyon dollar sərmayə topladığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət əldə olunan investisiyanı ilk növbədə EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu olmaqla müxtəlif coğrafiyalarda əməliyyatlarını genişləndirmək, qlobal marketinq fəaliyyətlərini sürətləndirmək və süni intellekt əsaslı məhsul inkişafına yönəltməyi planlaşdırır.
“Dataroid” xüsusilə özünəxidmət analitika imkanlarını gücləndirməyi qarşıya məqsəd qoyub.
Fatih İşbecer, Elif Parlak və Can Elmas tərəfindən təsis edilən “Dataroid” əsasən bankçılıq və maliyyə başda olmaqla, tənzimləmə səviyyəsinin yüksək olduğu sahələrdə rəqəmsal analitika həlləri təqdim edir. Şirkət hazırda 120 milyondan artıq istifadəçinin rəqəmsal təcrübəsinə təsir göstərir.
“G2” platformasının 2025-ci il üzrə hesabatına əsasən, “Dataroid” Yaxın Şərqdə rəqəmsal analitika kateqoriyasında birinci yerdə qərarlaşıb. Bundan əlavə, “Ən yaxşı dəstək” kateqoriyasında istifadəçi rəylərinə əsasən lider mövqedədir.
Şirkət 2025-ci ili 127 faiz xalis gəlir qoruma göstəricisi ilə başa vurduğunu, müştəri və gəlir baxımından heç bir itki yaşamadan ili tamamladığını bildirib. “Dataroid” 2023-cü ilin dekabrında “Koç GSYF” və “Türkiyə İş Bankası” tərəfindən təsis edilən “100. Yıl Girişim Sermayesi”ndən (indiki adı ilə “TIBAS Ventures”) 2 milyon dollar sərmayə almışdı.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSatış mərkəzləri və qeyri-rəsmi idxalçılar avtomobilləri bahalaşdırıb
14.01.2026Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
14.01.2026Bu BOKT yeni adda fəaliyyət göstərəcək
14.01.2026
Fərid Orucov bu vəzifəyə təyin olundu
14.01.2026Ultra-zənginlər hansı banklara üstünlük verirlər?
14.01.20262026-cı ilin ən güclü pasportları açıqlandı
14.01.2026Ağalı sakinləri üçün nəzərdə tutulan sosial yardımlar dayandırılır
14.01.2026Sergey Brin dünyanın ən varlı 3-cü şəxsi oldu
14.01.2026“Dataroid” 6,6 milyon dollar investisiya alıb
14.01.2026Nazir pensiyalardakı artımları açıqladı
14.01.2026Laçında 50 milyon manatlıq yaşayış məhəlləsi salınacaq
14.01.2026Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı
14.01.2026Magistraturaya qəbul imtahanının tarixi açıqlandı
14.01.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
14.01.2026Azərbaycan nefti 71 dolları ötdü
14.01.20265 ilə istehsala çəkilən xərci 1 ildə idxala ödəmişik
14.01.202613 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir?
14.01.2026Avro və rubl ucuzlaşıb
14.01.2026