13 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir?

Redaktor

14.01.2026 09:20
2,432

13 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir?

Son 10 ildən artıq müddətdə gündəlik istehlak etdiyimiz qida məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər 100 manatla bazarlıq edən bir ailə gündəlik qida tələbatının böyük hissəsini ödəyə bilirdisə, 2026-cı ildə eyni məbləğlə yalnız məhdud sayda ərzaq almaq mümkündür.

Valyuta.az 2013-cü ildəki qiymətlərlə 2026-cı ilin aktual ərzaq qiymətlərini müqayisə edərək son 13 ildə bazarda baş verən dəyişiklikləri araşdırıb və aşağıdakı cədvəldə qiymətləri təqdim edir:

Məhsul 2013-cü il 2026-cı il
Toyuq əti 1Kq 2,75-2,99 AZN 6,39-6,95 AZN
Toyuq sina 1Kq 3,59-3,65 AZN 8,79 AZN
Quzu əti 1Kq 8,59 AZN 20,48 AZN
Dana əti tikə 1Kq 10,40 AZN 21,48 AZN
Kəllə qənd (800q) 1,10 AZN 2,40-2,70 AZN
Xama (400q) 1,50-2 AZN 3,80-5,89 AZN
Süd 1L 1,05-1,15 AZN 2,60-2,80 AZN
Kərə yağı 1Kq 4,70-6,15 AZN 23,40-25 AZN
Un 2Kq 1,50-1,70 AZN 3-3,65 AZN
Günəbaxan yağı 1L 2,40 AZN 4,99 AZN
Çay (500q) 4,10-4,30 AZN 11-13,60 AZN
Qatıg 2Kq 2,60 AZN 6,69-7,30 AZN
Zeytin 1Kq 3,20 AZN 20,80-27,35 AZN
Pendir 1Kq 3,40 AZN 8-10,50 AZN
Makaron (500q) 0,70-0,82 AZN 1,40-1,95 AZN
Uzun düyü 2Kq 3,20-3,45 AZN 8,89-10,15 AZN
Yumru düyü (800q) 1,20 AZN 2,85 AZN
Noxud (800q) 0,99 AZN 4-5,69 AZN
Mərci (800q) 0,89 AZN 2,50-3,89 AZN
Kola, Fanta 2L 0,81 AZN 2,20 AZN
14.01.2026

Müqayisə olunan cədvələ əsasən, 2013-cü ildə eyni çeşidli ərzaq məhsullarını cəmi 62 manata əldə etmək mümkün idisə, 2026-cı ildə bu məhsulları almaq üçün 188 manat tələb olunur. Bu isə orta hesabla üçqat artım deməkdir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...