Redaktor
2026-cı ilin ən güclü pasportları açıqlandı
Dünyanın ən güclü pasaportuna sahib ölkələrin adları açıqlanıb.
Bu barədə "Henley Passport Index" hesabat yayımlayıb.
Hesabata əsasən, Sinqapur pasaportu 195 ölkəyə vizasız giriş imkanı verərək birinci yerdə qərarlaşıb. Yaponiya və Cənubi Koreya isə 188 istiqamətə vizasız səyahət imkanı ilə ikinci pilləni bölüşüb.
Avropa ölkələri üst sıralarda qərarlaşıb:
• 3-cü sırada Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə yer alıb (186 istiqamət),
• 4-cü sırada Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Niderland və Norveç qərarlaşıb (185 istiqamət),
• 5-ci sırada isə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) 184 istiqamətə vizasız giriş imkanı ilə yer alıb.
• 6-cı sırada Xorvatiya, Çexiya, Estoniya, Malta, Yeni Zelandiya və Polşa,
• 7-ci sırada Avstraliya, Latviya, Lixtenşteyn və Böyük Britaniya yer alıb.
Hesabata görə, Böyük Britaniya son bir ildə ən böyük geriləməni yaşayan ölkə olub. Britaniya pasaportunun vizasız giriş imkanı olan ölkələrin sayı 182-yə düşüb və son 12 ayda 8 istiqamət itirilib.
• 8-ci sırada Kanada, İslandiya və Litva (181),
• 9-cu sırada Malayziya (180),
• 10-cu sırada isə ABŞ (179) qərarlaşıb.
Qeyd olunur ki, ABŞ 2025-ci ilin sonunda qısa müddətə ilk 10-luqdan çıxsa da, sonradan yenidən siyahıya daxil olub.
©Unikal.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSatış mərkəzləri və qeyri-rəsmi idxalçılar avtomobilləri bahalaşdırıb
14.01.2026Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
14.01.2026Bu BOKT yeni adda fəaliyyət göstərəcək
14.01.2026
Fərid Orucov bu vəzifəyə təyin olundu
14.01.2026Ultra-zənginlər hansı banklara üstünlük verirlər?
14.01.20262026-cı ilin ən güclü pasportları açıqlandı
14.01.2026Ağalı sakinləri üçün nəzərdə tutulan sosial yardımlar dayandırılır
14.01.2026Sergey Brin dünyanın ən varlı 3-cü şəxsi oldu
14.01.2026“Dataroid” 6,6 milyon dollar investisiya alıb
14.01.2026Nazir pensiyalardakı artımları açıqladı
14.01.2026Laçında 50 milyon manatlıq yaşayış məhəlləsi salınacaq
14.01.2026Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı
14.01.2026Magistraturaya qəbul imtahanının tarixi açıqlandı
14.01.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
14.01.2026Azərbaycan nefti 71 dolları ötdü
14.01.20265 ilə istehsala çəkilən xərci 1 ildə idxala ödəmişik
14.01.202613 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir?
14.01.2026Avro və rubl ucuzlaşıb
14.01.2026