5 ilə istehsala çəkilən xərci 1 ildə idxala ödəmişik

Redaktor

14.01.2026 09:30
445

5 ilə istehsala çəkilən xərci 1 ildə idxala ödəmişik

Son illərdə Azərbaycanda geyim istehsalında dalğalanmalar müşahidə olunsa da, ümumi mənzərədə artım tendensiyası diqqət çəkir.

İllər üzrə göstəricilərə nəzər saldıqda, Valyuta.az bildirir ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 160,9 milyon manat dəyərində geyim istehsal olunub. 2024-cü ilin eyni dövründə isə bu göstərici 129,5 milyon manat təşkil edib. Beləliklə, 2025-ci ilin ilk 11 ayında geyim istehsalına çəkilən xərc 31,4 milyon manat və ya 24,24% artıb.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 97,5 milyon manatlıq geyim istehsal edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə istehsalda 32 milyon manat və ya 32,82% artım deməkdir.

2022-ci ilin eyni dövründə geyim istehsalının həcmi 149,8 milyon manat olub. Bununla müqayisədə 2023-cü ildə geyim istehsalında 52,3 milyon manat və ya 34,91% azalma qeydə alınıb.

2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 112,6 milyon manatlıq geyim istehsal olunub. Bu da 2022-ci ilin eyni dövründə istehsalın 37,2 milyon manat və ya 33,03% artdığını göstərir.

2020-ci ilin müvafiq dövründə isə geyim istehsalının dəyəri 94,4 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ildə istehsalda 18,2 milyon manat və ya 19,27% artım baş verib.

Ümumilikdə, 2020-2025-ci illərin yanvar-noyabr aylarını əhatə edən dövrdə Azərbaycanda 744,7 milyon manatlıq geyim istehsal olunub.

Qeyd edək ki, 2025-ci ilin ilk 11 ayında Azərbaycana 433 milyon 78 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib. Bu isə cari məzənnə ilə 736 milyon 232,6 min manat deməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...