Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

Redaktor

13.01.2026 22:54
73

Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8 %, 2027-cı ildə isə 1,7 % artacağını proqnozlaşdırır.

Valyuta.az xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub. Proqnozlar oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb.

Bankın hesablamalarına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 % artıb.

Dünya Bankının proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 %, 2027-ci ildə isə 3,1 % səviyyəsində olacaq.

Hesabatda qeyd olunub ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-ci ildə isə 3,3 % artımını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri fərqlənir: "S&P Global" 2026-cı ildə 2 %, "Fitch Ratings" - 2,5 %, "Moody's" - 2,5 % artım gözləyir.

Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı - 2,5 %, "ING Group" isə 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % artımını proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % təşkil edəcək.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 1,6 % artıb.

©Report

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tarixdəki ən uğursuz 13 smartfon: Siyahıda ötənilki "iPhone" da var

13.01.2026

Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

13.01.2026

İlon Mask "Apple" və "Google"un süni intellekt əməkdaşlığına qarşı çıxdı

13.01.2026

Azərbaycanda ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

13.01.2026

Dövlət büdcəsində sosial xərclərin çəkisi 41,1 % səviyyəsindədir

13.01.2026

12 milyardlıq şirkətin rəhbəri: "Sərmayəçilər süni intellekt şirkətlərinin səhmlərinə güvənməməlidir"

13.01.2026

"Apple" kompüter satışında rekord vurub: 16,4 faiz artım

13.01.2026

"Texnologiyanı tanımıram" - Uarren Baffetin etirafı

13.01.2026

ABB-nin xalis mənfəəti 14 faiz, əməliyyat xərcləri isə 20 faiz artıb

13.01.2026

Səbinə Bağırova şöbə müdiri təyin edildi

13.01.2026
İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadıldı

İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadıldı

13.01.2026

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

13.01.2026

"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək

13.01.2026

"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi

13.01.2026

“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır

13.01.2026

2026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz artacaq

13.01.2026

"App Store" inkişaf etdiriciləri 550 milyard dollar gəlir qazanıb

13.01.2026

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldılıb

13.01.2026
Əliağa Əzizov rəis müavini təyin olundu

Əliağa Əzizov rəis müavini təyin olundu

13.01.2026

Sponsorluq biznesə nə qazandırır?

13.01.2026

Məzənnə

Yüklənir...