"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək

Redaktor

13.01.2026 18:56
118

"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək

"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası fevralın 1-i keçiriləcək.

Valyita.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat verib.

OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin iclasları iki ayda bir dəfə keçirilir. Bu formatda son görüş 30 noyabr tarixində baş tutub.

Adətən görüş zamanı alyansın nümayəndələri neft bazarındakı cari vəziyyəti müzakirə edir və "OPEC+" sazişinin şərtlərinin yerinə yetirilmə səviyyəsini qiymətləndirirlər. OPEC daha əvvəl qeyd edib ki, monitorinq komitəsi neft hasilatı səviyyələri ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Komitənin rolu "OPEC+" sazişinin icrasının monitorinqi və bazar şəraitinin təhlili ilə məhdudlaşır.

Bununla yanaşı, "OPEC+" monitorinq komitəsi alyans üçün neft hasilatı ilə bağlı hər hansı qərarları tövsiyə edə bilər, lakin son iki il ərzində monitorinq heç bir təklif verməyib. Bundan əlavə, komitə lazım olduqda bütün "OPEC+" ölkələrinin nazirlərini növbədənkənar görüşə çağıra bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...