"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi

Redaktor

13.01.2026 18:48
51

"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi

“Paramount” şirkəti, “Warner Bros. Discovery”nin “Netflix” ilə əldə etdiyi razılaşmanın maliyyə detalları ilə bağlı kifayət qədər məlumat vermədiyi üçün Delaver ştatında şirkətə və onun baş icraçı direktoru Devid Zaslava qarşı məhkəmə iddiası qaldırıb.

Valyuta.az xəbər verir ki, “Paramount Global”ın baş direktoru Devid Ellison, təxminən 72 milyard dollar dəyərində qiymətləndirilən “Netflix” razılaşmasının detalları barədə aydınlıq olmadığını bildirib. Onun sözlərinə görə, “Paramount” tərəfindən təklif edilən, hər səhm üçün 30 dollar nağd ödənişi nəzərdə tutan alternativ təklifə hansı əsasla risk endirimi tətbiq edildiyi açıqlanmayıb. Bu isə “Warner Bros. Discovery”nin səhmdarlarının hər iki təklifi obyektiv şəkildə müqayisə etməsinə imkan vermir.

“Paramount” məhkəmədən tələb edir ki, “Warner Bros. Discovery” bu məlumatları açıqlasın. Şirkət, həmçinin 2026-cı il ümumi yığıncağında idarə heyətinə namizədlər irəli sürməyi planlaşdırır. Bu təşəbbüsün gələcəkdə “proxy fight” mərhələsinə keçə biləcəyi ehtimal olunur.

“Warner Bros. Discovery” isə “Paramount”un təklifini rədd etdiyini və “Netflix” ilə razılaşmanın şirkət üçün daha sərfəli olduğunu açıqlayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...