“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır

Redaktor

13.01.2026 18:26
504

“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır

2025-ci ilin yekunlarına görə, “Unibank” ili 25,8 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.Az-ın bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki illə müqayisədə 5,4 milyon manat və ya 26,4% artım deməkdir.

Bankın maliyyə göstəricilərində artıma əsasən qeyri-faiz gəlirləri səbəb olub. Bu kateqoriya üzrə gəlirlər 19,5% artaraq 146,3 milyon manata, komissiya gəlirləri isə 20,9% artaraq 126,9 milyon manata yüksəlib.

Eyni zamanda bankın xalis faiz gəliri 143,1 milyon manat təşkil edib. Ümumi faiz gəlirləri 251,2 milyon manat, faiz xərcləri isə 101,9 milyon manata çatıb. Sonuncunun daha sürətli artımı bankın resurs bazasının bahalaşdığını göstərir və bu, gələcəkdə faiz marjası üçün təzyiq yarada bilər.

Əməliyyat xərclərində də artım müşahidə olunub: qeyri-faiz xərcləri 5,7% artaraq 219,5 milyon manata çatıb. Əmək haqqı, amortizasiya və digər xərclərin ümumi artımı isə 11,9 milyon manat olub. Bu tendensiya gələcək dövrlərdə mənfəətin davamlılığı üçün risk yarada bilər.

Bütün bu dəyişikliklər fonunda bankın əməliyyat mənfəəti 69,9 milyon manata yüksəlib. Lakin mümkün risklərə qarşı 35,3 milyon manat ehtiyat yaradılıb.

Aktivlər 2,1 milyard manatı keçib

2025-ci ilin sonuna “Unibank”ın cəmi aktivləri 2 milyard 132,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,2% artım deməkdir. Aktivlərin artımına əsasən kredit portfeli təsir edib. Bankın xalis kreditləri 14,6% artaraq 1 milyard 276,2 milyon manata çatıb.

Kredit portfelində ən yüksək artım 26,9% ilə biznes kreditləri üzrə qeydə alınıb. İstehlak və ipoteka kreditləri müvafiq olaraq 4,6% və 3,8% artıb. Bu dinamika bankın korporativ seqmentdə genişləndiyini göstərsə də, risk yükünün artması ehtimalını da gücləndirir.

Nağd vəsaitlərin həcmi 63,5% artaraq 385,4 milyon manata çatıb. Bu göstərici likvidlik baxımından müsbət sayılsa da, ehtiyatlı strategiya və ya bazarda artan risklərin göstəricisi kimi də dəyərləndirilə bilər.

Öhdəliklərdə artım və bahalı resurs riski

Bankın öhdəlikləri 1 milyard 940,1 milyon manata yüksəlib ki, bu da 21,8%-lik artım deməkdir. Əsas artım mənbələri depozitlər və digər maliyyə institutları qarşısındakı borclardır.

Depozit portfeli 14,4% artaraq 1 milyard 377,9 milyon manata çatıb. Burada əsas pay fiziki şəxslərin depozitlərinə düşür.

Digər tərəfdən, bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 46,7% artaraq 306,6 milyon manata çatıb. Subordinasiya borcları isə 85 milyon manatı keçib. Bu göstəricilər bankın böyümə prosesində bahalı resurslardan istifadə etdiyini və bu səbəbdən faiz xərclərinin növbəti dövrlərdə arta biləcəyini göstərir.

Kapital artımı aktivlərə nisbətən zəifdir

Bankın cəmi kapitalı 192,8 milyon manat təşkil edir. Baxmayaraq ki, bu göstərici müsbət dinamikanı əks etdirir, aktivlərin 21%-lik artımı fonunda kapital artımının daha zəif olması gələcəkdə kapital adekvatlığına dair risklər doğura bilər.

Ümumilikdə isə, 2025-ci ildə “Unibank” xalis mənfəətini artırmağa nail olub. Lakin artan faiz xərcləri, əməliyyat xərcləri və maliyyə institutlarına qarşı öhdəliklərin genişlənməsi bankın rentabellik göstəriciləri üçün təzyiq yaradır. Bu şəraitdə komissiya və qeyri-faiz gəlirlərinin stabil artımı bankın əsas dayaq nöqtəsinə çevrilir.

Aydın

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası

06.03.2026

BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq

06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

06.03.2026

“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb

06.03.2026

Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb

06.03.2026

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

06.03.2026

Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq

06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri

Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL

06.03.2026

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb

06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

06.03.2026

Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi

06.03.2026

Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

06.03.2026

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik

06.03.2026

Məzənnə

Yüklənir...