“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

Redaktor

06.03.2026 17:11
186

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Qaradağ Şüşə Zavodu" ASC səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Valyuta.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan olunub.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən müəssisənin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 35 950 630 manat olan 17 975 315 ədəd səhm satışa çıxarılıb. Obyektin ümumilikdə 3 929 120 manat öhdəlikləri var.

İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10 000 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesində müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Qalib dövlət büdcəsinə 18 000 000 manatdan az olmayan məbləğdə vəsait ödəməlidir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan müəssisə ilə Xidmətin rəsmi internet səhifəsi vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 15 aprel 2026-cı il tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 16 aprel 2026-cı il saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Xatırladaq ki, "Qaradağ Şüşə Zavodu" bundan əvvəl 2023-cü ildə özəlləşdirilib, "Glass Vay" MMC müsabiqənin qalibi elan olunub. Bununla belə, investor öhdəliklərini yerinə yetirmədiyi üçün müəssisə yenidən özəlləşdirməyə çıxarılır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası

06.03.2026

BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq

06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

06.03.2026

“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb

06.03.2026

Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb

06.03.2026

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

06.03.2026

Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq

06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri

Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL

06.03.2026

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb

06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

06.03.2026

Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi

06.03.2026

Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

06.03.2026

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik

06.03.2026

Məzənnə

Yüklənir...