Redaktor
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar"la müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin məbləğinə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq. Həmçinin, "Bank BTB"yə kredit borcu və yaxud digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulunu ABB həyata keçirəcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" müvafiq kommunikasiya kanalları vasitəsilə çatdıracaq.
Beləliklə, "Bank BTB"nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
"Bank BTB"nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0,6 %, kredit portfelində 0,9 %, sektorun öhdəliklərində isə 0,6 % təşkil edir.
Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü haldır. Bundan əvvəl "Parabank" ASC "Para" ASC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-kredit" MMC BOKT-a çevrilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026