Redaktor
Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi
ABŞ-da fəaliyyət göstərən "Cluely" startapının həmtəsisçisi və baş icraçı direktoru Roy Li şirkətin gəlirləri ilə bağlı əvvəl açıqladığı məlumatların doğru olmadığını etiraf edib.
Valyuta.az xəbər verir ki, Roy Li sosial şəbəkə X platformasında paylaşım edərək ötən il "TechCrunch"a açıqladığı 7 milyon dollarlıq illik gəlir göstəricisinin həqiqətə uyğun olmadığını bildirib və bunu “açıq yalan” adlandırıb.
Qeyd edək ki, "Cluely" 2025-ci ildə diqqət çəkən startaplardan biri olub. Şirkət istifadəçilərə video zənglər zamanı gizli şəkildə sualların cavablarını axtarmağa imkan verən proqram hazırlaması ilə məşhurlaşmışdı. Bu layihə hətta şirkətin qurucularının universitetdə problem yaşamasına səbəb olmuşdu.
Startap daha sonra investorların diqqətini çəkərək "Abstract Ventures" və "Susa Ventures" fondlarından 5,3 milyon dollar ilkin investisiya, daha sonra isə "Andreessen Horowitz" fondundan 15 milyon dollar Series A investisiyası cəlb edib.
Hazırda "Cluely" fəaliyyət istiqamətini dəyişərək özünü süni intellekt əsaslı görüş qeydləri hazırlayan platforma kimi təqdim edir. Bununla yanaşı, şirkət rəhbərinin gəlir rəqəmləri ilə bağlı etirafı startapın əvvəlki açıqlamalarının etibarlılığı ilə bağlı müzakirələrə səbəb olub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026