Redaktor
Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
2026-cı ildə büdcə Android smartfonları bazarı daha da maraqlı hala gəlib. Artıq aşağı qiymətli cihazlar yüksək performans, uzunömürlü batareya, müasir ekranlar və əvvəllər yalnız bahalı modellərdə mövcud olan kamera imkanları təklif edir.
Valyuta.az xəbər verir ki, "New Yщкл Times” portalının redaksiyası 2026-cı ilin mart ayında diqqət yetirilməli üç münasib qiymətli Android smartfonunu seçib.
200 dollar büdcə: “Samsung Galaxy A17 5G”
“Samsung”un büdcə seriyasının yeni modeli 90 Hz yenilənmə tezliyinə malik parlaq ekran və bu seqment üçün rekord sayılan altı illik proqram təminatı yeniləmələri dəstəyi təqdim edir. Bu da cihazdan 2031-ci ilə qədər istifadə etməyə imkan verə bilər.
6,7 düymlük AMOLED ekran yüksək kontrast və zəngin rənglər təqdim edir ki, bu da büdcə seqmentində nadir haldır. Bu kateqoriyada adətən LCD panellərdən istifadə olunur. Smartfon həm video izləmək, həm də orta qrafik ayarlarında oyun oynamaq üçün uyğundur. Performans flaqman səviyyəsində olmasa da, istifadə təcrübəsi kifayət qədər rahatdır. Batareya ömrü də diqqətəlayiqdir.
Bununla belə, bəzi kompromislər var: 4 GB operativ yaddaş gələcəkdə məhdudiyyət yarada bilər və stereo səs sistemi dəstəklənmir.
300 dollar büdcə: “Moto G Power (2026)”
Əgər əsas prioritet performans və maksimum batareya ömrüdürsə, bu model diqqətə layiqdir. Telefon 8 GB operativ yaddaş və 120 Hz ekranla təchiz olunub. Cihaz sürətli işləyir və orta istifadə zamanı bir neçə gün şarj etmədən işləyə bilir.
Lakin “Samsung”dan fərqli olaraq, “Moto” proqram təminatı yeniləmələrinin müddətini üç il ilə məhdudlaşdırıb və əvvəlki versiyada mövcud olan simsiz şarj funksiyasından imtina edib.
500 dollar büdcə: “Google Pixel 9a”
500 dollara qədər qiymət seqmentində bu telefon daha inkişaf etmiş funksiyalar və premium səviyyəli kamera təklif edir. “Pixel 9a” 120 Hz yenilənmə tezliyinə malik 6,3 düymlük OLED ekran, inkişaf etmiş süni zəka alətləri və güclü “Tensor G4” prosessoru ilə təchiz olunub.
Kameralar zəif işıq şəraitində belə keyfiyyətli şəkillər çəkə bilir, 4K video və makro çəkiliş dəstəyi mövcuddur. İstehsalçı cihaz üçün 2032-ci ilin payızına qədər yeniləmələr vəd edir ki, bu da onu ən uzunmüddətli dəstəyə malik smartfonlardan birinə çevirir.
Əgər güclü texniki göstəricilərə malik telefon axtarırsınızsa, “AnTuTu” bençmarkı bazardakı ən məhsuldar smartfonların reytinqini də yeniləyib. Siyahının ilk pilləsində testlərdə “iPhone 17 Pro Max” modelini təxminən 40 faiz qabaqlayan az tanınan Çin flaqmanı qərarlaşıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026