Mərkəzi Bank rəhbərləri harda təhsil alıb?

Redaktor

12.01.2026 14:50
147

Mərkəzi Bank rəhbərləri harda təhsil alıb? - SİYAHI

Mərkəzi bank rəhbərləri təkcə maliyyə sisteminin texniki idarəçiləri deyil, həm də ölkələrin iqtisadi sabitliyinə cavabdeh olan strateji fiqurlardır. Onların akademik hazırlığı qəbul etdikləri qərarların elmi əsaslara söykənməsini təmin edir. Azərbaycan, Türkiyə və Rusiya ilə yanaşı, qlobal miqyasda təsir gücünə malik mərkəzi bank rəhbərlərinin təhsili müxtəlif sahələri və nüfuzlu ali məktəbləri əhatə edir.

Valyuta.az bu yazıda Azərbaycanda daxil olmaqla bir sıra Mərkəzi Bankların rəhbərliyində olan şəxslərin təhsili ilə bağlı araşdırma edib:
 
Azərbaycan – Taleh Kazımov
 
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, 2004-cü ildə Azərbaycan Texniki Universitetində "Avtomatika və kompüter mühəndisliyi" ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2006-cı ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia State University ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə MBA təhsilini tamamlayıb.
 
O, eyni zamanda London Business School (2012) və Harvard Business School (2014) tərəfindən təşkil olunan idarəçilər üçün proqramlarda iştirak edib.

Türkiyə – Fatih Karahan
 
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının rəhbəri Fatih Karahan, bakalavr təhsilini Boğaziçi Universitetində riyaziyyat və sənaye mühəndisliyi üzrə alıb. Daha sonra ABŞ-ın University of Pennsylvania universitetində iqtisadiyyat üzrə magistr və doktorluq (PhD) dərəcələrini əldə edib.

Rusiya – Elvira Nabiullina
 
Rusiya Bankının sədri Elvira Nabiullina, 1986-cı ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, uzun illər dövlət və analitik strukturlarda fəaliyyət göstərmiş, 2007–2012-ci illərdə Rusiyanın İqtisadi İnkişaf naziri olmuşdur.
 
Nabiullina həmçinin Yale World Fellows beynəlxalq liderlik proqramının məzunudur.
 
Avropa Mərkəzi Bankı – Christine Lagarde
 
Christine Lagarde, hüquq və idarəçilik sahəsində akademik təhsilə malikdir. O, Paris X Nanterre Universitetində hüquq, Sciences Po Aix universitetində isə siyasi və iqtisadi elmlər üzrə təhsil alıb. Lagarde əvvəllər Fransa hökumətində maliyyə naziri və Beynəlxalq Valyuta Fondunun baş direktoru vəzifələrində çalışıb.
 
2019-cu ildən Avropa Mərkəzi Bankının prezidenti olan Lagarde, iqtisadçı olmasa da, qlobal maliyyə dünyasında lider mövqedədir.
 
Yaponiya – Kazuo Ueda
 
Yaponiya Bankının sədri Kazuo Ueda, bakalavr təhsilini Tokyo Universitetində, doktorantura təhsilini isə Massachusetts Institute of Technology (MIT) universitetində iqtisadiyyat üzrə alıb. O, professor kimi akademik fəaliyyət göstərmiş və daha sonra Yaponiya Bankının İdarə Heyətinə daxil edilmişdir.

ABŞ – Jerome Powell
 
Federal Ehtiyat Sisteminin rəhbəri Jerome Powell, Princeton Universitetində siyasət elmləri üzrə bakalavr, Georgetown Universitetinin hüquq məktəbində isə hüquq təhsili alıb. Powell iqtisadiyyat üzrə formal təhsilə malik olmayan nadir rəhbərlərdən biridir.
 
O, Wall Street-də investisiya bankçılığı sahəsində və ABŞ Maliyyə Nazirliyində yüksək vəzifələrdə çalışıb. 2018-ci ildən etibarən FED rəhbəridir.
 
Kanada – Tiff Macklem
 
Kanada Bankının rəhbəri Tiff Macklem, bakalavr dərəcəsini Queen’s University, doktorluq dərəcəsini isə University of Western Ontarioda iqtisadiyyat üzrə alıb. O, Beynəlxalq Valyuta Fondu və Kanada Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 
Macklem hazırda G7 ölkələrinin monetar siyasət forumlarında fəal iştirak edir.
 
Avstraliya – Michele Bullock
 
Michele Bullock, University of New England-də bakalavr, London School of Economics-də magistr təhsili almışdır. 2023-cü ildə Avstraliya Ehtiyat Bankına rəhbər təyin olunmuş ilk qadın olmuşdur.
 
Niderland – Klaas Knot
 
Klaas Knot, Groningen Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir. Hazırda həm Niderland Mərkəzi Bankına rəhbərlik edir, həm də Avropa Mərkəzi Bankının İdarə Heyətində təmsil olunur.
 
O, Avrozonada maliyyə sabitliyi siyasətinin təşəbbüskarlarından biridir.
 
Braziliya – Roberto Campos Neto
 
Braziliya Mərkəzi Bankının rəhbəri Roberto Campos Neto, bakalavr və magistr dərəcələrini University of California, Los Angeles (UCLA) universitetində iqtisadiyyat üzrə alıb. O, bankçılıq texnologiyaları və rəqəmsal transformasiya sahəsində fəallığı ilə seçilir.
 
Campos Neto açıq bankçılıq və mərkəzi bank rəqəmsal valyutaları üzrə qlobal debatların fəal iştirakçılarındandır.
 
İsveçrə – Martin Schlegel 
 
2024-cü ilin oktyabr ayından etibarən İsveçrə Milli Bankının sədri vəzifəsini Martin Schlegel icra edir. O, uzun illər SNB-də müxtəlif vəzifələrdə çalışmış və 2018-ci ildən bankın İdarə Heyətinin üzvü olmuşdur.
 
Təhsilini İsveçrənin yerli universitetlərində iqtisadiyyat üzrə almış Schlegel, pul-kredit siyasəti və maliyyə sabitliyi sahəsində ixtisaslaşmışdır.

Mayya Hüseynova
Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

12.01.2026

"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər

12.01.2026

Səudiyyədə 10 milyard dollarlıq "Trump" qolf-klubu və otel tikiləcək

12.01.2026

Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə

12.01.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu iki şirkətə məxsusdur - CƏDVƏL

12.01.2026

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

12.01.2026

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12.01.2026

Deputat öz yerinə onu təyin etdi

12.01.2026

Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

12.01.2026

Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb

12.01.2026

Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək

12.01.2026

Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər

12.01.2026

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

12.01.2026

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12.01.2026

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

12.01.2026

Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi

12.01.2026

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

12.01.2026

Prezident müşavirə keçirdi - YENİLƏNİB

12.01.2026

Bakı və Abşeronda su təchizatı - 10 illik Dövlət Proqramı təsdiqləndi

12.01.2026

Məzənnə

Yüklənir...