Redaktor
ABB-nin xalis mənfəəti 14 faiz, əməliyyat xərcləri isə 20 faiz artıb
Azərbaycan Beynəlxalq Bankı 2025-ci ili 335,7 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu, əvvəlki illə nisbətən 42 milyon manat və ya 14,3% artım deməkdir. Valyuta.az bankın illik hesabatına istinadla xəbər verir ki, mənfəət artımı kredit və komissiya gəlirlərinin yüksəlməsi ilə bağlıdır.
Bankın xalis faiz gəliri 696,9 milyon manat olub və bu, illik 5,6% artım deməkdir. Əsas mənbə müştərilərə verilmiş kreditlərdir – bu istiqamətdə gəlir 1 milyard 95,6 milyon manata çatıb (+19,8%). Bununla belə, faiz xərcləri 698,2 milyon manat təşkil edib. Əsas yük depozitlər üzrə faizlərə (387,4 milyon manat) və Mərkəzi Bank qarşısında öhdəliklərə (269,9 milyon manat) düşür.
Bankın qeyri-faiz gəlirləri də nəzərəçarpacaq dərəcədə artaraq 627,5 milyon manata yüksəlib (+20,4%). Burada komissiya gəlirləri 296,5 milyon manatla liderlik edir. Artım kreditləşmənin genişlənməsi və xidmət tariflərinin yenilənməsi ilə əlaqələndirilir.
2025-ci ildə əməliyyat (qeyri-faiz) xərcləri də ciddi şəkildə artıb — 627,5 milyon manat (+20,4%). Əməkhaqqı və kompensasiya xərcləri 236,2 milyon manat təşkil edib (+26%). Digər tərəfdən, mümkün zərərlər üçün ehtiyatlar 103 milyon manat olub. Xərclərin bu tempdə artması mənfəətin davamlılığına təzyiq göstərə bilər.
Bankın cəmi aktivləri hesabat ilində 13 milyard 626,9 milyon manat olub. Bu, əvvəlki ilə nisbətən 2 milyon manat azalma olsa da, kredit portfeli 7 milyard 80 milyon manata qədər artıb (+11,5%). Kreditlərin bölgüsünə görə istehlak kreditləri 1,98 milyard manat, biznes kreditləri 3,54 milyard manat, ipoteka kreditləri 1,55 milyard manat təşkil edib. Biznes kreditlərinin yüksək artımı bankın risk strukturuna təsir edə bilər.
ABB-nin cəmi öhdəlikləri 11,42 milyard manatdır. Fiziki şəxslərin depozitləri 3,4 milyard manat olub (+24%), hüquqi şəxslərin depozitləri isə 5,5 milyard manata enib (-12%). Maliyyə institutlarına öhdəliklər 1,33 milyard manata çatıb (+55%). Bu dəyişikliklər bankın qısa və bahalı resurslardan daha çox istifadə etdiyini göstərir ki, bu da faiz xərclərinin artması və likvidlik riski doğura bilər.
ABB-nin cəmi kapitalı 2 milyard 204,7 milyon manat təşkil edib (+7,5%). Kapital artımına əsasən bölüşdürülməmiş mənfəət (621,3 milyon manat) təsir edib. Lakin aktivlərin artım tempinin daha yüksək olması fonunda kapital göstəriciləri kapital adekvatlığı baxımından əlavə diqqət tələb edir.
Xalis mənfəətin artması bank üçün müsbət siqnal olsa da, əməliyyat xərcləri, faiz yükü və resursların strukturu gəlirliliyə təzyiq göstərməyə davam edir. Bu şəraitdə kredit keyfiyyəti və xidmət gəlirləri ABB üçün əsas dayaq rolunu oynayır.
Aydın
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət büdcəsində sosial xərclərin çəkisi 41,1 % səviyyəsindədir
13.01.202612 milyardlıq şirkətin rəhbəri - Sərmayəçilər süni intellekt səhm ticarətinə güvənməməlidir
13.01.2026"Apple" kompüter satışında rekord vurub: 16,4 faiz artım
13.01.2026"Texnologiyanı tanımıram" - Uarren Baffetin etirafı
13.01.2026ABB-nin xalis mənfəəti 14 faiz, əməliyyat xərcləri isə 20 faiz artıb
13.01.2026Səbinə Bağırova şöbə müdiri təyin edildi
13.01.2026
İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
13.01.2026Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub
13.01.2026"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək
13.01.2026"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi
13.01.2026“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır
13.01.20262026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz artacaq
13.01.2026"App Store" inkişaf etdiriciləri 550 milyard dollar gəlir qazanıb
13.01.2026Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldılıb
13.01.2026