Redaktor
Sponsorluq biznesə nə qazandırır?
Müasir marketinq mühitində sponsorluq fəaliyyəti geniş yayılıb. Bəziləri bunu effektiv tanıtım vasitəsi kimi görür, bəziləri isə sadəcə vizual görünürlükdən ibarət hesab edir. Sponsorluğun real təsiri, məqsədi və gözləntiləri barədə isə fikirlər müxtəlifdir.
Bəs hansı hallarda sponsorluq reklam üçün effektiv olur?
Marketinq üzrə mütəxəssis Samir Mehdiyev Valyuta.az-a açıqlamasında bildirib ki, böyük tədbirlər və sponsorluqlar haqqında "işləyir" və ya "işləmir" demək doğru yanaşma deyil: "Sponsorluq və tədbir marketinqi barədə ümumi qənaət formalaşdırmağı düzgün hesab etmirəm. Sponsorluq çox vaxt səhv gözləntilərlə seçilir. Bir çox brend düşünür ki, tədbirdə loqosu göründüsə, bu, avtomatik satışa çevriləcək. Reallıqda isə sponsorluq satış aləti yox, daha çox imic və yaddaş alətidir".
Mütəxəssisin sözlərinə görə, sponsorluq yalnız doğru yer və uyğun auditoriya seçildikdə effekt verir:
“Əgər hədəf auditoriya ilə tədbirin auditoriyası üst-üstə düşmürsə, istənilən qədər büdcə ayrılması və görünürlük nəticə verməyəcək. Üstəlik, brend tədbirdə passiv qalmamalıdır. Sadəcə loqo yerləşdirmək artıq kifayət etmir. İstehlakçı brendlə təmasda olmalı, onu hiss etməli, təcrübə yaşamalıdır. Əks halda tədbirdən sonra brendin adı belə xatırlanmır”.
O qeyd edir ki, sponsorluğa yanlış yanaşan brendlər tez-tez məyusluq yaşayır:
“Əgər brendin məqsədi qısa müddətdə satışdırsa, sponsorluq əksər hallarda effektiv olmur. Amma məqsəd tanınma, etibar və uzunmüddətli mövqe qurmaqdırsa, bu zaman düzgün seçilmiş tədbir və davamlı iştirak ciddi fayda verir. Bir dəfə sponsor olmaq nadir hallarda təsir göstərir, ardıcıl iştirak isə brendi həmin sahənin ayrılmaz hissəsinə çevirir”.

Nəticə etibarilə, Samir Mehdiyev sponsorluğu reklam kimi deyil, bütöv bir strategiya kimi qiymətləndirir:
“Açıq desək, sponsorluq reklam deyil, strategiyadır. Düzgün planlananda brendi böyüdür, səhv planlananda isə sadəcə bahalı görünürlük olur. Marketoloq üçün əsas məsələ tədbirdə "sadəcə orada olmaq" yox, niyə orada olduğunu və nə əldə etmək istədiyini bilməsidir”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026