Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb

Redaktor

03.03.2026 15:28
103

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar” yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb. 

Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu oynayıb. 

Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə təqdim olunan “She’s Next” kartı 15 mart 2026-cı il tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir. “She’s Next” biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, 16 mart tarixinədək  xanımların Birbank Biznes mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya tətbiq edilmir. 

Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.    

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...