Redaktor
Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
Mark Zukerberq Mayamidə malikanə alıb.
Valyuta.az xəbər verir ki, "Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq Mayami-Deyd dairəsində rekord məbləğə daşınmaz əmlak alışı həyata keçirib. Bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, milyarder və onun həyat yoldaşı Prissilla Çan bazar ertəsi Biskein körfəzində yerləşən, “Billionaire Bunker” kimi tanınan qapalı və elit Indian Krik adasında 170 milyon dollar dəyərində malikanənin alışını rəsmiləşdiriblər. Sövdələşmə Mayami-Deyd dairəsi üzrə ən yüksək satış qiyməti kimi qeydə alınıb.
Hazırda tikintisi davam edən mülk iki akr ərazidə yerləşir. İlkin layihəyə əsasən, 30 min kvadrat fut sahəni əhatə edəcək evdə doqquz yataq otağı, hovuz, şəxsi yaxta dayanacağı, 1 500 qallonluq akvarium və gizli keçidi olan kitabxana nəzərdə tutulub. Malikanənin dizaynı Ferris Rafauli tərəfindən hazırlanıb.
Əmlak 2025-ci ilin noyabrında "Coldwell Banker Realty" şirkətinin agentləri Denni və Cill Hertsberq tərəfindən 200 milyon dollara satışa çıxarılmışdı. Torpaq sahəsi isə 2020-ci ildə məşhur estetik cərrah doktor Aaron Rollins və həyat yoldaşı, daşınmaz əmlak agenti Marin Rollins tərəfindən 30 milyon dollara alınmışdı.
Sahəsi 294 akr olan Indian Krik adasında cəmi 41 ev və 84 nəfər əhali yaşayır. Ərazi uzun illərdir milyarderlər üçün cəlbedici məkan hesab olunur. Burada "Amazon"un qurucusu Ceff Bezos, maliyyəçi Karl Aykan, keçmiş NFL ulduzu Tom Breydi, İvanka Tramp və Cared Kuşner kimi tanınmış şəxslər də mülklərə sahibdirlər.
Qeyd edək ki, Mark Zukerberqin sərvəti 223,5 milyard dollar təşkil edir və o, hazırda dünyanın ən varlı dördüncü şəxsi sayılır. Onun sərvətinin əsas hissəsi 2004-cü ildə təsis etdiyi, əvvəlki adı "Facebook" olan "Meta" şirkətindəki 13 faizlik payından formalaşır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
03.03.2026“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb
03.03.2026"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026