Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

Redaktor

07.03.2026 21:17
522

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

Milyonerlərin elit maliyyə məsləhətçiləri və inkişaf etmiş investisiya alətləri olsa da, onlar da bahalı səhvlərdən sığortalanmayıblar. Emosional qərarlar, bazarı yanlış zamanda dəyərləndirmək və strateji planlaşdırmanın zəif qurulması hətta böyük sərvət sahiblərinə milyonlarla vəsaitə başa gələ bilər.

Valyuta.az dörd bahalı investisiya səhvini təqdim edir:

Bazarı zamanlamağa çalışmaq

Sertifikatlı maliyyə planlaşdırıcısı (CFP) və "Retire to Abundance" şirkətinin təsisçisi Tayler Meyer bildirib ki, bir çox milyonerlər bazarı zamanlaya biləcəklərinə inanmaq tələsinə düşürlər. Onun sözlərinə görə, bu yanaşma ya əvvəlki riskli investisiyaların uğurla nəticələnməsindən, ya da düzgün vaxt seçiminin davamlı artımın əsas şərti olduğu düşüncəsindən qaynaqlanır. Lakin təcrübə göstərir ki, bu strategiya çox vaxt əks nəticə verir.

İnvestisiya üçün ideal vaxtı gözləmək olduqca çətindir. Bəzən investor bazara düzgün anda daxil ola bilər, lakin davamlı şəkildə alış və satış qərarlarını bazarın hərəkətini proqnozlaşdırmağa əsaslandırmaq risklidir. Çünki bazara təsir edən amillərin əksəriyyəti gözlənilməzdir.

Uzunmüddətli perspektivdə bazar hərəkətlərini dəqiq proqnozlaşdırmaq demək olar ki, mümkün deyil və bu cəhdlər çox vaxt qaçırılmış imkanlarla nəticələnir. Heç kimin gələcəyi görən sehrli vasitəsi yoxdur və bu reallıq milyonerlərin də tez-tez etiraf etdiyi peşmanlıqlardan biridir.

Peşəkar məsləhəti gecikdirmək

Meyer qeyd edir ki, yüksək sərvət səviyyəsinə çatmağın üstünlüklərindən biri peşəkar maliyyə məsləhətinə çıxış imkanının olmasıdır. Buna baxmayaraq, bəzi milyonerlər öz uğurlarına arxalanaraq əlavə məsləhətə ehtiyac duymadıqlarını düşünürlər.

Lakin bir sahədə qazanc əldə etmək digər bütün maliyyə istiqamətlərində də eyni səviyyədə bilik və təcrübəyə malik olmaq demək deyil. Maliyyə mütəxəssisi mənfəətin düzgün investisiya olunması, vergi planlamasının optimallaşdırılması və balanslı portfelin qurulması kimi məsələlərdə əhəmiyyətli rol oynaya bilər.

Meyer vurğulayır ki, təcrübəli məsləhətçilər oxşar müştərilərlə işlədikləri üçün potensial riskləri daha tez müəyyənləşdirə və bahalı səhvlərin qarşısını ala bilirlər. Peşəkar dəstəyə vaxtında müraciət etmək sərvətin qorunması və artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Diversifikasiyanın olmaması

Milyonerlərin sərvəti çox vaxt bir əsas mənbədə – məsələn, sahib olduqları biznesdə və ya işəgötürəndən aldıqları səhm opsionlarında cəmləşir. Bu investisiyalar ilkin mərhələdə sərvətin formalaşmasında mühüm rol oynasa da, yalnız bir aktivə həddindən artıq bağlılıq ciddi risk yaradır.

İnvestisiyaların şaxələndirilməsi potensial itkilərin azaldılmasına və daha balanslı portfelin formalaşdırılmasına kömək edir. Sərvət artdıqca risklərin bölüşdürülməsi və müxtəlif aktiv siniflərinə yönəlmək daha da vacib olur.

Meyer bildirir ki, diversifikasiya həmişə asan proses deyil, lakin riski erkən mərhələdə yaymaq böyük maliyyə itkilərinin qarşısını ala bilər.

Vergi baxımından səmərəli strategiyaların nəzərdən qaçırılması

Sertifikatlı mühasib (CPA) və "Gelt" şirkətində məhsul rəhbəri Reyçel Riçardsın sözlərinə görə, milyonerlər tez-tez vergi baxımından səmərəli strategiyaları nəzərə almamaqla ciddi səhvlərə yol verirlər.

Ən çox rast gəlinən hallardan biri investisiyalardan yüksək gəlir əldə edildikdən sonra böyük vergi öhdəliyi ilə üzləşməkdir. Vergi planlamasının optimallaşdırılmaması nəticəsində planlaşdırılandan daha çox vəsait dövlət büdcəsinə yönəlir.

Riçards qeyd edir ki, əsas peşmanlıqlardan biri ilin sonuna qədər zəif nəticə göstərən investisiyaları satmamaq və bununla da kapital artımı vergisini kompensasiya etmək imkanını qaçırmaqdır. Eyni zamanda, xeyriyyəçilik və miras planlaşdırması alətlərindən istifadə etməmək həm dərhal vergi üstünlüklərini, həm də uzunmüddətli sərvət qorunmasını zəiflədir.

Ekspertlərin fikrincə, investisiya qərarları vergi planlaması ilə uyğunlaşdırılmalıdır. Bu yanaşma sərvətin qorunması və optimallaşdırılması baxımından mühüm rol oynayır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...