“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik”

Redaktor

03.03.2026 13:43
92

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

Avrasiyada dəyişən geopolitik balanslar ticarət yollarını yalnız fiziki deyil, həm də rəqəmsal olaraq yenidən formalaşdırır. Türkiyənin istehsal gücü, Orta Asiyanın sürətlə böyüyən eticarət bazarı və Azərbaycanın strateji mövqeyi bu transformasiyanın mərkəzində dayanır. Valyuta.az, “Made in Turkic” layihəsinin memarı Günel Ağazadə ilə modelin strateji çərçivəsini, texniki infrastrukturunu və investisiya perspektivlərini qiymətləndirdi.

Qeyd edək ki, G.Ağazadə “Amazon”da 15 ölkə üzrə rəhbərlik və brend səfirliyi təcrübəsinə malikdir.

“Made in Turkic bir ixrac modeli deyil, təfəkkür transformasiyasıdır”

- İlk olaraq, “Made in Turkic” layihəsini qısaca izah edə bilərsinizmi?

- Qısaca desək, “Made in Turkic” Türk dünyasında istehsal olunan məhsulları qlobal bazarlara çıxarmağı hədəfləyən rəqəmsal ixrac modelidir.

Bizim əsas missiyamız “Navishopper”in qlobal e-ticarət təcrübəsini bölgənin istehsal gücü ilə birləşdirərək Azərbaycanın və Türk dünyasının “coğrafi taleyini” rəqəmsal gücə çevirməkdir. Model həm pərakəndə kanallar (C2C/B2C), həm də yüksək həcmli tədarük zənciri strukturları (B2V) vasitəsilə işləyir. İstehsalçılara “açar təslim” e-ixrac infrastrukturu təqdim edirik. Lakin məsələ yalnız satış deyil. Biz yerli istehsalçıların düşüncə modelini dəyişmək istəyirik. Onları yalnız yerli bazara yönəlmiş şirkətlərdən, məlumat və brend mərkəzli qlobal oyunçulara çevirmək istəyirik.

“Türkiyə istehsalda güclü, qlobal çıxışda isə məhduddur”

- Türkiyə tərəfindən başlayaq. Layihənin əsas dayağı nədir?

- Türkiyə bu gün istehsal gücü baxımından regional sənaye nəhəngidir. Türkiyə Statistika Qurumunun məlumatlarına görə, müəssisələrin 99,6%-i kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. Söhbət təxminən 3,9 milyon müəssisədən gedir. Bu müəssisələr məşğulluğun 68%-ni, istehsal dəyərinin isə təxminən 40%-ni təşkil edir. Lakin bu qədər geniş istehsal bazasına baxmayaraq, ümumi ixracdakı payları 29-30% ətrafında qalır. Daha önəmlisi, ümumi KOB hovuzu daxilində aktiv ixracatçıların nisbəti olduqca aşağıdır. Yəni istehsal var, lakin qlobal bazara sistemli, genişləndirilə bilən və rəqəmsal çıxış məhduddur. Bizim modelimiz məhz bu darboğazı aradan qaldırmağa fokuslanır.

“Azərbaycanda rəqəmsal satış və idarəetmə mərkəzi qurulur”

- Bəs bu gün rəqəmsal yolla qlobal bazara açılmaq onsuz da mümkün deyilmi?

- Əlbəttə, texniki olaraq mümkündür. “Amazon” kimi platformalar hamı üçün açıqdır. Lakin məsələ təkcə platformada hesab açmaq deyil. Satış alqoritmlərinin düzgün idarə olunması, stokların planlaşdırılması, logistikanın qurulması, sertifikatların alınması və brendin doğru təqdimatı vacibdir. Türkiyədə təxminən 150 min aktiv istehsalçı müəssisə var. Lakin onların çox kiçik hissəsi eticarət vasitəsilə davamlı və nizamlı ixracat edə bilir. “Made in Turkic” burada dövrəyə girir. İstehsal Türkiyədə və Türk dünyasındakı istehsalçı hovuzunda qalır; rəqəmsal satış, məlumat idarəetməsi və qlobal əməliyyat mərkəzi isə Azərbaycanda yerləşir.

“Orta Asiya artıq potensial deyil, böyüyən reallıqdır”

- Tələbat tərəfdən baxsaq, Orta Asiya həqiqətən bu qədər güclüdürmü?

- Şübhəsiz. Orta Asiya son illərdə dünyanın ən sürətlə böyüyən e-ticarət bölgələrindən birinə çevrilib. Qazaxıstanda bazar son illərdə bir neçə dəfə böyüyüb. Özbəkistanda rəqəmsallaşma daha aqressiv şəkildə irəliləyir. Bu minvalda aydındır ki, Türkiyə istehsal tərəfində güclüdür, Orta Asiya isə tələbat baxımından sürətlə böyüyür. Azərbaycan isə bu inteqrasiyanın mərkəzi ola bilər.

“Azərbaycan məlumat və ticari idarəetmə mərkəzi olacaq”

- Azərbaycanın rolu nədən ibarətdir? Fiziki logistika, yoxsa rəqəmsal idarəetmə?

- Biz Azərbaycanı sadəcə tranzit ölkə kimi görmürük. “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən həyata keçirilən Trans-Xəzər Fiber Optik (TCFO) kabel xətti 2026-cı ildə istifadəyə veriləcək. Bu layihə daha geniş miqyasda “Digital Silk Way” (Rəqəmsal İpək Yolu) vizyonunun bir hissəsidir. Bu infrastruktur Avropa ilə Asiya arasında məlumat ötürülməsini sürətləndirəcək. Stok və sifarişlər real vaxt rejimində idarə olunacaq, platformaların satış mexanizmləri isə mərkəzdən optimallaşdırılacaq. Bakı bu modeldə sadəcə logistik keçid nöqtəsi deyil; məlumat, alqoritm və ticari idarəetmə mərkəzi olacaq.

“Hədəfimiz 2026-cı ilə qədər 100 B2V vendor və 100 mağazadır”

- Bu prosesin əsas çətinlikləri nələrdir?

- Əsas risk texnoloji deyil, operativ koordinasiyadır. Gömrük prosedurları, beynəlxalq sertifikatların alınması (CE, FDA və s.), kibertəhlükəsizlik və müxtəlif ölkələrin qanunlarına uyğunluq əsas məsələlərdir. Bu səbəbdən əməliyyatı uzun illər birlikdə çalışdığım və platformanın daxili dinamikasını yaxşı bilən peşəkar komandalarla idarə edəcəyik. 2026-cı il ərzində 100 B2V vendor və 100 mağaza hədəfimiz var.

“Bu mənim üçün sadəcə layihə deyil, məsuliyyətdir”

- Son olaraq, bu layihə Azərbaycan üçün nə məna daşıyır?

- Mən Qarabağ işğalı səbəbindən uşaq yaşlarında köçkün düşmüş bir ailənin övladıyam. Avropaya köç etdikdən sonra təhsil və iş həyatım orada formalaşdı. Bu səbəbdən topladığım bilik və beynəlxalq təcrübəni vətənimə xidmət kimi görürəm. Bu, mənim üçün sadəcə ticari təşəbbüs deyil, məsuliyyətdir. Əgər coğrafi mövqeyimizi rəqəmsal zəka ilə birləşdirsək, tranzit ölkə deyil, iqtisadi qərarları idarə edən mərkəzə çevrilə bilərik.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb

03.03.2026

İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq

03.03.2026

Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib

03.03.2026

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb

03.03.2026

Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

03.03.2026

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub

03.03.2026

İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb

03.03.2026

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026

Məzənnə

Yüklənir...