Redaktor
"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
Sabahdan Azərbaycan Mərkəzi Bankı (AMB) "AniPay" mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyətini dayandıracaq.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib.
Qeyd olunan tarixdən etibarən analoji xidməti maliyyə sektoru iştirakçılarının davam etdirməsi nəzərdə tutulur. "AniPay" funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.
"AniPay" tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.
Bu qərar AMB-nin ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.
AMB bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026