Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib

Redaktor

03.03.2026 12:13
80

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Valyuta.az xəbər verir ki, Dan Yorgensen dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib.

Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirdi və onu genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb.

O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.

Dövlət başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il Azərbaycana səfərlərinə toxunaraq, heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub

03.03.2026

İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb

03.03.2026

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

03.03.2026

“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı

03.03.2026

16 ildir fəaliyyət göstərən bağça bağlandı

03.03.2026

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

03.03.2026

Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI

03.03.2026

“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb

03.03.2026

Nazir İradə Xəlilovaya vəzifə verdi

03.03.2026

"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət

03.03.2026

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib

03.03.2026

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

03.03.2026

Məzənnə

Yüklənir...