Redaktor
Tarixdəki ən uğursuz 13 smartfon: Siyahıda ötənilki "iPhone" da var
Son on ildə smartfon sənayesi inkişafının zirvə nöqtəsinə çatıb: flaqman modellər getdikcə daha mükəmməl olur, hətta kiçik brendlər belə yüksək keyfiyyətli cihazlar istehsal etməyi bacarıb. Lakin bu irəliləyiş keçmişdə verilən ağrılı dərslər hesabına mümkün olub.
Valyuta.az xəbər verir ki, BGR nəşrinin icmalçıları tarix boyu buraxılmış ən uğursuz 13 smartfonun siyahısını hazırlayıb. Reytinqə həm köhnə, simvolik fiaskolar, həm də bazarın gözləntilərini doğrultmayan nisbətən yeni modellər daxil edilib.
“Samsung Galaxy Note 7” (2016)
Bu flaqman model akkumulyatorların kütləvi şəkildə alışması halları ilə yadda qalıb. Nəticədə cihaz qlobal şəkildə geri çağırılıb və təyyarələrdə istifadəsi qadağan edilib. Bu qalmaqal mobil sənaye tarixinin ən baha başa gələn hadisələrindən biri kimi qiymətləndirilir və “Samsung”un nüfuzuna ciddi zərbə vurub.
“BlackBerry Storm” (2008)
Smartfon “iPhone”la rəqabət apara bilmədi: ləng sensor klaviatura, proqram xətaları və Wi-Fi-nin olmaması istifadəçiləri məyus etdi. Bu model fiziki klaviaturalardan sensor interfeyslərə keçidə uyğunlaşa bilməyən “BlackBerry”nin süqutunun başlanğıcı sayılır.
“Nokia Lumia 900” (2012)

Cihaz keyfiyyətli dizayna və möhkəm yığıma malik olsa da, zəif inkişaf etmiş “Windows Phone” ekosistemi ilə məhdudlaşırdı. Populyar tətbiqlərin olmaması və “Microsoft”un əməliyyat sisteminə dəstəyi dayandırması alışı mənasız etdi.
“Samsung Galaxy Fold” (2019)
“Samsung”un ilk qatlana bilən smartfonu elastik ekranların necə edilməməli olduğunun nümunəsinə çevrildi. Qoruyucu plyonka çıxarıldıqdan sonra ekranın sınması, menteşənin toz və çirk buraxması ciddi problemlər yaratdı. İnnovativ olmasına baxmayaraq, cihaz bazarın bu formata hələ hazır olmadığını göstərdi.
“Amazon Fire Phone” (2014)
“Amazon” öz xidmətlərinə və 3D interfeysə üstünlük versə də, smartfon baha və həddindən artıq məhdud alındı. “Google” xidmətlərinin olmaması və yalnız bir operatora bağlılıq alıcıları tamamilə uzaqlaşdırdı.
“HTC Evo 3D” (2011)
Eynəksiz 3D ekran ideyası kağız üzərində cəlbedici görünsə də, real istifadədə göz yorğunluğu yaradırdı və faydalı məzmunu yox idi. Zəif batareya və orta səviyyəli kamera uğursuzluğu daha da dərinləşdirdi.
“RED Hydrogen One” (2018)
Kinokamera istehsalçısının təqdim etdiyi 1300 dollarlıq bu smartfon gözləntiləri doğrultmadı. “Holoqrafik” ekran şübhəli təsir bağışladı, vəd edilən modul kamera aksesuarları isə heç vaxt satışa çıxmadı. Yüksək qiymətə istifadəçilər adi “Android” smartfonu əldə edirdilər.
“Kyocera Echo” (2011)

İki ekranlı dizayn yenilikçi olsa da, həmin dövrün “Android” sistemi bu formata hazır deyildi. Telefon yavaş işləyir, tez boşalır və gündəlik istifadədə narahatlıq yaradırdı.
“Solana Saga” (2023)
Kriptosmartfon “Web3” və blokçeyn funksiyalarına fokuslanan ilk nümunə idi, lakin əksər istifadəçilər üçün bu imkanlar faydasız qaldı. Əslində isə 1000 dollarlıq, ciddi aparat üstünlüyü olmayan şişirdilmiş “Android” telefon idi.
“Palm Phone” (2018)
Miniatür smartfon əsas böyük telefon üçün köməkçi cihaz kimi təqdim olunurdu. Lakin kiçik ekran, zəif batareya və digər cihaza bağlılıq onu olduqca qeyri-praktik etdi.
“iPhone 6” (2014)
Kommersiya uğuruna baxmayaraq, model “Bendgate” qalmaqalı ilə tanındı. Telefon cibdə asanlıqla əyilir, bu da geniş tənqid və istehza dalğasına səbəb olurdu. Vəziyyəti daha da pisləşdirən məqam isə “Apple”ın “iPhone 6” və “6 Plus”un əvvəlki modellərə nisbətən daha asan əyildiyini bilməsinə baxmayaraq dizaynı təsdiqləməsi idi.
“iPhone 16e” (2025)
Model köhnəlmiş dizaynı, böyük çıxıntısı və yüksək qiymətə baxmayaraq zəif kameraları səbəbilə tənqid edilib. Ekspertlər bu cihazı “Apple” xətti daxilində uğursuz mövqeləndirmənin nümunəsi adlandırır.
“Escobar Fold” (2019–2020)

Bu “smartfon” tarixə fırıldaq layihə kimi düşüb. Pablo Eskobarın qardaşına məxsus şirkət işlənmiş “Galaxy Fold” telefonlarının üzərinə loqo yapışdıraraq tanınmış bloqerlərə göndərib. Adi alıcılara isə boş qutular və ya kitablar yollanıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTarixdəki ən uğursuz 13 smartfon: Siyahıda ötənilki "iPhone" da var
13.01.2026Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
13.01.2026İlon Mask "Apple" və "Google"un süni intellekt əməkdaşlığına qarşı çıxdı
13.01.2026Azərbaycanda ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb
13.01.2026Dövlət büdcəsində sosial xərclərin çəkisi 41,1 % səviyyəsindədir
13.01.202612 milyardlıq şirkətin rəhbəri: "Sərmayəçilər süni intellekt şirkətlərinin səhmlərinə güvənməməlidir"
13.01.2026"Apple" kompüter satışında rekord vurub: 16,4 faiz artım
13.01.2026"Texnologiyanı tanımıram" - Uarren Baffetin etirafı
13.01.2026ABB-nin xalis mənfəəti 14 faiz, əməliyyat xərcləri isə 20 faiz artıb
13.01.2026Səbinə Bağırova şöbə müdiri təyin edildi
13.01.2026
İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
13.01.2026Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub
13.01.2026"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək
13.01.2026"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi
13.01.2026“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır
13.01.20262026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz artacaq
13.01.2026"App Store" inkişaf etdiriciləri 550 milyard dollar gəlir qazanıb
13.01.2026Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldılıb
13.01.2026