12 milyardlıq şirkətin rəhbəri: "Sərmayəçilər süni intellekt şirkətlərinin səhmlərinə güvənməməlidir"

Redaktor

13.01.2026 21:04
441

12 milyardlıq şirkətin rəhbəri: "Sərmayəçilər süni intellekt şirkətlərinin səhmlərinə güvənməməlidir"

Wall Street-in əksər iştirakçıları 2026-cı ildə də süni intellekt (SI) sahəsindəki ticarətə nikbin yanaşsa da, 12 milyard dollarlıq sərvəti idarə edən bir şirkətin sərmayə rəhbəri bu yanaşmanı bölüşmür.

“OnePoint BFG Wealth Partners” şirkətinin baş investisiya direktoru Piter Bukvar hesab edir ki, SI sahəsindəki uğurlara baxmayaraq, 2025-ci ilin parlaq nəticələri bu il təkrarlana bilməz və sərmayəçilər diqqətlərini bu sahədən yayındırmalıdırlar.

Texnologiya sektorunun əsas oyunçuları olan "Nvidia", "Meta Platforms" və "Microsoft" 2026-cı ilə zəif başlanğıc ediblər. Bukvar bildirir ki, bu şirkətlərin əvvəlki artım tempini saxlamaq mümkün deyil və onların dominantlığı tədricən sona çatır.

"Sərmayəçilər SI texnologiyalarına kor-koranə bel bağlamamalı, bazarda uğurlu ola biləcək digər sahələri də nəzərə almalıdırlar," – deyə o, CNBC-yə bildirib.

Bukvar hesab edir ki, bazar tədricən süni intellekt texnologiyalarını ön planda saxlayan istiqamətdən uzaqlaşır və bəzi sərmayəçilər bu dəyişiklikləri nəzərdən qaçırır.

"2026-cı ildə SI texnologiyalarının bazara rəhbərlik etmə gücü tədricən azalır," – deyə o əlavə edib. "Biz 'Nvidia'nın hesabatına bazarın reaksiyasını gördük. 'Meta' şirkəti isə həddindən artıq xərclərinə görə sərt şəkildə cəzalandırıldı."

Bukvar həmçinin "Oracle" şirkətinin zəif üçüncü rüb maliyyə nəticələrini və 2025-ci ildə 90% bahalaşmasına baxmayaraq yüksək borclanma və qeyri-sabit gəlirlilik riski ilə qarşılaşan "CoreWeave" kimi şirkətləri də nümunə göstərib. Onun fikrincə, bazar artıq bu sektoru fərqləndirməyə başlayıb və sərmayəçilər anlayır ki, burada həm qaliblər, həm də uduzanlar olacaq.

"2025-ci ildə bütün kapital xərcləri məlumat mərkəzlərinə yönəldildi," – deyə Bukvar bildirib. "Ümid edirəm ki, 2026-cı ildə vergi güzəştləri ilə birlikdə iqtisadiyyatın digər sahələri də bu inkişafa töhfə verəcək."

Bukvarın fikrincə, sərmayəçilər diqqəti müxtəlif sektorlara yönəltməli, yalnız SI sahəsinə bağlı qalmaqla riskə girməməlidirlər. O, kapital xərclərinin daha geniş miqyasda bölüşdürülməsinin vacibliyini vurğulayıb.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Məzənnə

Yüklənir...