Xidmət, yoxsa məhsul - hansı biznes modeli daha sərfəlidir?

Redaktor

15.01.2026 10:17
490

Xidmət, yoxsa məhsul - hansı biznes modeli daha sərfəlidir?

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün ilk qərarlardan biri biznes modelinin seçimidir. Adətən, bu mərhələdə xidmət və məhsul biznesi arasında tərəddüdlər yaranır. Hər iki modelin özünəməxsus üstünlükləri və çətinlikləri mövcuddur. İstər ilkin kapital, istərsə də gəlirlilik və miqyaslanma baxımından bu iki istiqamət fərqli yanaşma tələb edir.

Xidmət və məhsul yönümlü biznes modelləri arasında hansı əsas fərqlər var? Hansı model daha çətindir və gəlirlilik baxımından hansı daha sərfəlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev qeyd edib ki, xidmət və məhsul yönümlü biznes modelləri arasında əsas fərqlər onların dəyər yaratma prinsiplərində özünü göstərir:

"Xidmət biznesində dəyər əsasən insan əməyinə, bilik və proseslərə əsaslanır. Bu modeldə məhsul ehtiyatı (stok) olmur və keyfiyyət birbaşa insan faktorundan asılıdır. Məhsul biznesində isə diqqət konkret məhsulun istehsalı və satışına yönəlir, burada istehsal, anbarlaşdırma və logistika kimi əlavə mərhələlər mövcuddur.

Başlanğıc mərhələsində xidmət biznesinə başlamaq nisbətən asandır. Bu sahə daha az ilkin kapital tələb edir və sahibkar bazara daha tez çıxış əldə edə bilir. Lakin bu biznes modelini genişləndirmək çətinlik yarada bilər, çünki gəlir çox zaman insan resursları ilə məhdudlaşır. Məhsul biznesində isə başlanğıc daha çətin və risklidir. Buna baxmayaraq, sistem qurulduqdan sonra bu modelin miqyaslanması daha asan olur".

İ.Əfəndiyevin sözlərinə görə, gəlirlilik baxımından xidmət biznesi ilkin mərhələdə daha yüksək marja təmin edə bilər:

"Lakin zaman keçdikcə gəlir birbaşa göstərilən xidmətin həcmi və işlənilən vaxta bağlı qalır. Məhsul biznesində isə ilkin mərhələdə xərclər yüksək olur, lakin satış həcminin artması ilə gəlir daha sabit və uzunmüddətli xarakter alır.

Nəticə etibarilə, xidmət biznesi sürətli başlamaq və bazara tez çıxmaq üçün uyğun seçimdir. Məhsul biznesi isə uzunmüddətli və miqyaslana bilən gəlir əldə etmək istəyən sahibkarlar üçün daha əlverişlidir. Hansı modelin daha uyğun olması isə sahibkarın məqsədləri və resurslarından asılıdır".

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...