Azərbaycan gənclərinin “Teknofest”də qalib olan layihəsi - "İnvestisiya alsa..."

Redaktor

16.10.2024 11:49
1,210

Azərbaycan gənclərinin “Teknofest”də qalib olan layihəsi - "İnvestisiya alsa..."

Azərbaycanlı gənclərin layihəsi Türkiyədə təşkil olunan “Teknofest 2024”də qalib olub. "Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə l yerə layiq görülən layihə “PsychoAİ” adlanır. Layihə 788 min 161 komanda içərisindən birincilik qazanıb. Psixoloji dəstəyə əsaslanan layihənin təsisçilərindən olan Jalə Muradlı Valyuta.az saytına layihələri ilə bağlı danışıb.

VR eynəklər vasitəsilə fərdi psixoloqunuzu dizayn edə bilərsiz

J.Muradlı bildirdi ki, “Versetech” komandası olaraq innovasiyanın gücü ilə qlobal problemləri həll edən layihələr üzərində işləyirlər. “PsychoAI” layihəsi isə müasir dövrdə psixoloji mərkəzlərin və xidmətlərin maliyyə baxımından əlçatan olmaması, insanların psixoloji dəstəyi asanlıqla əldə etmələrini məqsəd qoyur: 

“VR eynək vasitəsilə yaratdığımız bu layihəyə əsasən öz psixoloqunuzu seçə bilərsiz. Virtual eynəklər sizə istədiyiniz mühiti seçərək, istədiyiniz vaxt psixoloqunuzla söhbət etmək imkanı verir.  Əsas məqsəd insanlar üçün vaxt və maddi itki olmadan, müasir texnologiyanın imkanlarından istifadə edərək  psixoloji xidmətlərin əlçatan olmasını həyata keçirməkdir. İnsanlar virtual eynəklərdən istifadə edərək düşüncə və istəklərinə uyğun şəkildə seansın keçiriləcəyi otağa gedib, psixoloqu ilə söhbət edə bilər. Maddiyat və çatımlılıq baxımdan VR eynəklərdən istifadə edə bilməyən şəxslər də olur. Məsələnin bu tərəfini düşünüb virtual eynəklərdən istifadə üçün mobil tətbiq də yaratmışıq. Mobil tətbiqi telefonunuza endirib, qeydiyyatdan keçdikdə istifadə etmək istədiyinizi seçə bilərsiz. Daha sonra sizə zəng gəlir və süni intellektimiz sizinlə danışmağa başlayır. Bu metod, psixologiyada müasir yanaşmaların bir hissəsi olaraq, daha effektiv müalicə və dəstək yolları təqdim edir”.

Jalə Muradlı bildirib ki, layihə üzərində davamlı yenilənmə edirlər:  “PsychoAİ” layihəmiz uzun bir inkişaf prosesindən keçib. 9 aydır ki, reallaşdırma mərhələsindədir. İlk 3 ayda, hədəf kütləmizi müəyyənləşdirmək məqsədilə tibb işçiləri, stresslə mübarizə aparan işçilər, psixologiya tələbələri və müharibədə iştirak etmiş hərbi qulluqçularla müzakirələr apardıq. Bu araşdırmalar sayəsində layihəmizi innovativləşdirərək daha əlçatan edə bilmək üçün yollar axtardıq. İndiyə qədər, bir çox psixoloqlarla əməkdaşlıq edərək araşdırmalar apardıq və “Teknofest2024” üçün müraciət etdik. Layihənin üzərində demək olar ki, hər həftə yenilənmə aparırıq”.

"Mümkünsüz" sözü ilə mübarizə aparmağı öyrəndik

Müsahibimiz komanda üzvləri, onların lahiyədəki rolu haqqında da danışdı: “Komandamız 7 üzv və 2 mentordan ibarətdir. Üzvlərimizin ən böyüyü 18 yaşındadır. Layihə ərzində süni intellekt, oyunlaşdırma, araşdırma, frontend və backend kimi vəzifələri aramızda bölmüşük. Yaş və təcrübəyə görə mütəxəssis olmasaq da, iştirak etdiyimiz yarışlar və hazırladığımız layihələr sayəsində həm öyrənir, həm də başqalarına öyrədirik. Bizi fərqləndirən əsas amillərdən biri də məhz bu öyrənmə prosesi və əməkdaşlıqdır”.

J.Muradlının sözlərinə görə, mentorları Şahin Xəlilov və Günay İmanzadə, onlara "mümkünsüz" sözü ilə mübarizə aparmağı öyrədiblər: “Onlar "Teknofest 2022"nin birinciləri və prezident mükafatçılarıdır. Günay İmanzadə isə bu il "Forbes 30under30" siyahısına daxil olan yeganə azərbaycanlıdır. Onların fərqi, bizə doğru yolu göstərməkdə deyil, o yolu bizimlə birgə addımlamaqdadır”.

Daha spesifik və elmi əsaslı cavablar təqdim edir

J.Muradlı qeyd edib ki, layihənin fərqi süni intellekt hissəsinin işləmə prinsipi, istifadəçilər üçün maliyyə uyğunluğu və əlçatan olmasıdır:

 “Siz "ChatGPT" və "Gemini" kimi proqramların verdiyi ümumi motivasiya mesajlarından fərqli olaraq, daha spesifik və elmi əsaslı cavablar təqdim edirsiniz. 6 ay ərzində topladığınız məlumatlar və psixoloqlardan əldə etdiyiniz datalar sayəsində, yaradılan süni intellekt insanların konkret ehtiyaclarına və emosional vəziyyətlərinə uyğunlaşa bilir. Bu yanaşma, istifadəçilərin daha effektiv dəstək almasına və onların psixoloji vəziyyətlərinə daha uyğun cavablar əldə etməsinə imkan tanıyır.

Bu, layihənizin daha güclü və faydalı olmasına gətirib çıxarır, çünki siz insanları yalnız motivasiya etməklə qalmayıb, həm də onların fərdi problemlərinə dərinləşdirilmiş bir anlayışla yanaşırsınız”.

Proyekt investisiya alsa, gələcəkdə çox uğurlu olacaq

J.Muradlı qeyd edib ki, layihəmizin ən böyük uğuru “Teknofest2024”də 788 min 161 komanda arasından birincilik əldə etməsi oldu: “Bu qalibiyyətimizə görə, Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan tərəfindən təltif edildik. Uğurumuzun əsas səbəbi  layihəmizin gücüdür. Hələ ki bu layihəmiz üçün investorlarla görüşümüz baş tutmayıb. Mentorumuz Günay İmanzadə deyir ki, ümumiyyətlə, startap dünyasında bütün proseslər bu cür baş verir, sən 97 % yox, 3 % "hə" cavabı alırsan. İnanırıq ki, hazırladığımız proyekt investisiya alsa, çox uğurlu bir gələcəyi olacaq”.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana çay idxalının dəyəri artsa da, həcmi azalıb

25.01.2026

Milyarderlərin sərvət artımı qlobal iqtisadiyyata ciddi zərər vurur - SƏHƏR OXUSU

25.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

24.01.2026

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

24.01.2026

Hava limanlarında “Çamadanım hara getdi?” qorxusuna SON: “Google” və IATA-dan inqilabi qərar

24.01.2026

"Pulun səni niyə dəyişdirdiyini başa düşmürsənsə, onu saxlaya bilməyəcəksən"

24.01.2026

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib

24.01.2026

Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL

24.01.2026

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

Məzənnə

Yüklənir...