Redaktor
"Apple" "OpenAI"ni məhkəməyə verdi
"Apple" şirkəti "OpenAI"ni kommersiya sirrlərinin oğurlanması və müqavilə öhdəliklərinin pozulması iddiası ilə ABŞ məhkəməsinə verib.
Valyuta.az xəbər verir ki, iddia Kaliforniyanın Şimal Dairəsi üzrə ABŞ Federal Məhkəməsinə təqdim olunub.
"Apple" iddia edir ki, "OpenAI" şirkətinin yüksək rəhbərliyi, o cümlədən avadanlıq üzrə baş direktor (Chief Hardware Officer) Tanq Tan (Tang Tan) "Apple"da çalışan əməkdaşları işə cəlb edərkən şirkətin məxfi məlumatlarını əldə etməyə çalışıb. Məhkəmə sənədlərində qeyd olunur ki, Tan namizədlərlə müsahibələr zamanı "Apple"ın daxili layihə kod adlarından istifadə edib, onlardan "Apple2a məxsus aparat komponentlərini müsahibəyə gətirmələrini istəyib, işdən ayrılan əməkdaşlara təhlükəsizlik prosedurlarını necə keçmək barədə məsləhətlər verib və hələ təqdim edilməmiş məhsullar haqqında məlumat toplamağa çalışıb.
Tang Tan "OpenAI"yə keçməzdən əvvəl 24 il "Apple"da çalışıb və son olaraq "iPhone" və "Apple Watch" məhsullarının dizaynı üzrə vitse-prezident vəzifəsini icra edib.
"Apple" həmçinin bildirir ki, "OpenAI"də çalışan keçmiş əməkdaş Çanq Liu (Chang Liu) şirkətdən ayrılarkən ona məxsus noutbuku geri qaytarmayıb və həmin cihaz vasitəsilə məxfi texniki sənədləri yükləyib. İddiaya görə, bu sənədlərə hələ açıqlanmamış texnologiyalar, məhsullar, texniki spesifikasiyalar, mühəndis təqdimatları və layihə məlumatları daxil olub.
Şirkət həmçinin Liu-nun "OpenAI"yə iş üçün müraciət edən digər "Apple" əməkdaşları ilə məxfi məlumatları paylaşdığını və onlara müsahibəyə necə hazırlaşmaq barədə tövsiyələr verdiyini iddia edir.
"Apple" bildirir ki, bu ilin fevral ayında məsələ ilə bağlı "OpenA"yə rəsmi məktub göndərsə də, cavab ala bilməyib.
Şirkətin iddiasına görə, "OpenAI"nin strategiyası "Apple"ın məxfi məlumatlarını sistemli şəkildə əldə etməyə yönəlib. "Apple" hesab edir ki, "OpenAI" və tərəfdaşları hətta öz aparat məhsullarını hazırlayarkən "Apple"a məxsus bəzi məxfi texnologiyalardan istifadə ediblər. Məhkəmə sənədlərində "OpenAI"nin metal emalı texnologiyalarından birini "Apple"ın icazəsi varmış kimi təqdim edərək tətbiq etdiyi də qeyd olunur.
"Apple" məhkəmədən "OpenAI"yə şirkətin kommersiya sirlərindən istifadə və onların açıqlanmasını qadağan etməyi, "Apple"a məxsus bütün məxfi materialların geri qaytarılmasını və iş üzrə bütün sübutların qorunmasını tələb edir.
"OpenAI" isə ittihamları rədd edib. Şirkət X sosial şəbəkəsində paylaşdığı açıqlamaya istinad edərək bildirib: "Başqa şirkətlərin kommersiya sirlərində maraqlı deyilik. Diqqətimizi bütün dünyada insanlara fayda verən innovativ texnologiyaların hazırlanmasına yönəltmişik."
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMeta «super sensing» texnologiyasına malik AI eynəklərini sınaqdan keçirir - FT
14.07.2026Aviasiyada hidrogen inqilabı başlayır
13.07.2026Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar
13.07.2026“TSMC”nin gəlirləri gözləntiləri üstələyib
13.07.2026Şirkət ofisə yaxın yaşamaları üçün işçilərinə hər il 18 min dollar ödəyir
13.07.2026Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib
13.07.20262026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir
13.07.2026Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalı 4,41 milyon manat azaldılıb
13.07.2026Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
13.07.2026
Hansı banklar səyahət krediti verir?
13.07.2026"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır
13.07.2026